Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1454/2023 17.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Cavabdeh3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh2, X2, Cavabdeh5 Siyavu qızına, Cavabdeh4 və Cavabdeh6 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəlildilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, 8327 manat 01 qəpik əsas, 27 manat 77 qəpik faiz, 15 qəpik cərimə, cəmi 8354 manat 93 qəpik borcun, iddia ərizəsi verilməsi üçün ödənilmiş 103 manat 55 qəpik dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 manat dpvlət rüsumunun Cavabdeh3 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş paylı mülkiyyət hüququ üzrə Cavabdeh3, Cavabdeh2, X2 və Cavabdeh5 məxsus ünvan 1 ünvanına xüsusi mülkiyyətlərində olan 0,0217 ha torpaq sahəsində yerləşən 194,8 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satıdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh3 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldildikə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh3, Cavabdeh2, X1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 əşyaları ilə birlikdə həmin fərdi yaayı evindən çıxarılması və mənzilin boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmidir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh bank qarşısında olan kredit öhdəliklərinin bir qismini yerinə yetirdiyindən iddia ərizəsininin geri qaytarılmasını və ödənilmiş103 manat 55 qəpik dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh3 iddia ərizəsinin baxılmadan geri qaytarılmasına etiraz etmədi. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh2, X3, Cavabdeh5 Siyavu qızı, Cavabdeh4 və Cavabdeh6 məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddia ərizəsinin qaytarılmasına dair ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, habelə ödənilmiş dövlət rüsumu da qaytarılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh2, X2, Cavabdeh5 Siyavu qızına, Cavabdeh4 və Cavabdeh6 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəlildilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 103 manat 55 qəpik dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qaytarılsın. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən :Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-1454/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1454/2023
17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver