Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-146/2023 31.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1300 manat borcun və ödənilmiş 35 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 11 fevral 2021-ci il tarixdə aralarında bağlanmış şifahi borc müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1300 manat borc pul vermiş, cavabdehlər həmin 1300 manat məbləğində pulu xx.xx.2022-ci il tarixədək qaytaracağına söz versə də, həmin borcu bu günə kimi qaytarmamışdır. Bu barədə Göyçay rayon Polis Şöbəsinə rəsmi müraciət edərək, borc verdiyi 1300 manat məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsinə köməklik edilməsini xahiş etmiş, Cavabdeh1 ona 1300 manat pul borclu olduğunu etiraf edərək, həmin pulu xx.xx.2022-ci il tarixədək qaytaracağına söz vermişdir. Lakin Cavabdeh1 və Cavabdeh2 borclarını qaytarmamışlar. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş edir. Cavabdeh2 iddianı qismən qəbul edərək göstərmişdir ki, İddiaçı 2021-ci ildə özünə məxsus fərdi yaşayış evini satmışdır. Həmin evdə olan əşyaların daşınmasında Habil ona köməklik edərək, əşyaların daşınması üçün fəhlələrə, maşına, eyni zamanda müxtəlif vaxtlarda borca ümumilikdə 800 manat pul vermişdir. Həmin pulu Habilə qaytaracaqdır. Qardaşı Cavabdeh1 İddiaçı borc pul almamış, Habilə olan borcuna görə qarşdaşı Vüqar 1300 manat Habildən borc pul aldığına görə iltizam yazmışdır. Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı 1300 manat borcu olduğuna görə yazdığı iltizamı bacısının borcuna görə yazmışdır. Halbuki, Habildən borc pul almamışdır. Bacısı Şaxanımın borcundan 400 manat Habilə qaytarmışdır. Buna görə də iddianın ona qarşı qaldırılan hissədə rədd edilməsini xahiş edir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia Cavabdeh2 qarşı qaldırılan hissədə qismən təmin edilməli, Cavabdeh1 qarşı qaldırılan hissədə təmin edilməməlidir. Mülki işdə olan sənədlər: Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə yazılmış iltizamdan görünür ki, bacısı Cavabdeh2 İddiaçı olan 1100 manat borcun 550 manatını xx.xx.2022-ci il tarixədək qaytaracağını göstərmişdir. Cavabdeh2 tərəfindən Göyçay RPŞ-də verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, 2021-ci ildə özünə məxsus fərdi yaşayış evini satmışdır. Evi satdıqdan sonra Habil olan İddiaçı ona əşyaların daşınmasında köməklik etmişdir. Belə ki, fəhlələrin və maşının pulun vermişdir. Lakin həmin məbləğ 1300 manat ola bilməz. Cavabdeh1 tərəfindən Göyçay RPŞ-də verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, İddiaçı borc pul almamışdır. Habilin tələb etdiyi 1300 manat borc bacısının borcudur. Lakin həmin pul bacısının dediyinə görə 1300 manat deyil. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı 2021-ci il tarixdə Cavabdeh2 800 manat borc pul vermişdir, Cavabdeh2 keçən müddət ərzində həmin pulu qaytarmamışdır. Məhkəmə baxışı zamanı İddiaçı məxsus 800 manat pulun Cavabdeh2 qanunsuz sahibliyində olması müəyyyən edilmişdir. Eləcə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 arasında borc müqaviləsinə dair məhkəmə baxışı zamanı iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən iddia Cavabdeh1 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Məhkəmə baxışı zamanı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1300 manat borcun alınaraq ona verilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tərəfindən ödənilmiş 35 manat dövlət rüsumunun 30 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 800 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsait alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 800 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia Cavabdeh1 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-146/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-146/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver