Məhkəmə qərarları › İş №e-2(046)-1461/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1461/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1461/2025 24.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, İddiaçı "xxxx" MM QBKT-nın Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "FİNCA Azerbaijan” MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh **********0123 saylı kredit müqaviləsi üzrə 559 manat 86 qəpik əsas borc, 11 manat 32 qəpik faiz borcu, cəmi 571 manat 18 qəpik və **********0110 saylı kredit müqaviləsi üzrə 959 manat 45 qəpik əsas borc, 19 manat 17 qəpik faiz borcu, cəmi 978 manat 62 qəpik və ödənilmiş 35 manat 50 qəpik məbləğində dövlət rüsumunun "xxxx" MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0123 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit (restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 564 manat 61 qəpik, həmçinin eyni tarixli, **********0110 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsi ilə bu müqavilə imzalanan tarixə 959 manat 84 qəpik qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0123 saylı kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 49 qəpik, dörd il müddətində isə hər ay 12 manat 01 qəpik olmaqla və **********0110 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 83 qəpik, dörd il müddətində isə hər ay 20 manat 41 qəpik bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh **********0123 saylı kredit müqaviləsi üzrə borcun məbləği 559 manat 86 qəpik əsas, faiz borcu üzrə 11 manat 32 qəpik olmaqla cəmi 571 manat 18 qəpik təşkil edir. Həmçinin, xx.xx.2025-ci il tarixinə olan maliyyə arayışına əsasən **********0110 saylı kredit müqaviləsi üzrə borcun məbləği 959 manat 45 qəpik əsas, faiz borcu üzrə 19 manat 17 qəpik olmaqla cəmi 978 manat 62 qəpik əşkil edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "FİNCA Azerbaijan” MM QBKT nümayəndəsi məhkəməyə gəlməmiş, "FİNCA Azerbaijan” MM QBKT nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, **********0123 saylı güzəştli kredit müqaviləsindən görünür ki, "FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında illik 1% faiz olmaqla 60 ay müddətinə 564 manat 61 qəpik məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, **********0110 saylı güzəştli kredit müqaviləsindən görünür ki, "FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında illik 1% faiz olmaqla 60 ay müddətinə 959 manat 84 qəpik məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, **********0110 saylı güzəştli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 959 manat 45 qəpik əsas borc, 19 manat 17 qəpik faiz borcu, cəmi 978 manat 62 qəpik borcu vardır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, **********0123 saylı güzəştli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 559 manat 86 qəpik əsas borc, 11 manat 32 qəpik faiz borcu, cəmi 571 manat 18 qəpik borcu vardır. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 35 manat 50 qəpik məbləğində pul iddiaçı "FİNCA Azerbaijan” MM QBKT tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: "FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında illik 1 faiz olmaqla 60 ay müddətinə 564 manat 61 qəpik kredit verilməsi barədə xx.xx.2019-cu il tarixli, **********0123 saylı və illik 1 faiz olmaqla 60 ay müddətinə 959 manat 84 qəpik kredit verilməsi barədə xx.xx.2019-cu il tarixli, **********0110 saylı güzəştli kredit müqaviləsi bağlanmışdır. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu kredit borcunu müqavilələr üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də iddiaçı kredit borcunu cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2019-cu il tarixli, **********0123 saylı və xx.xx.2019-cu il tarixli, **********0110 saylı güzəştli kredit müqavilələri üzrə aldığı krediti iddiaçı "FİNCA Azerbaijan” MM QBKT -na qaytarmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, **********0123 saylı güzəştli kredit müqaviləsi üzrə 559 manat 86 qəpik əsas borc, 11 manat 32 qəpik faiz borcu, cəmi 571 manat 18 qəpik və xx.xx.2019-cu il tarixli, **********0110 saylı güzəştli kredit müqaviləsi üzrə 959 manat 45 qəpik əsas borc, 19 manat 17 qəpik faiz borcu, cəmi 978 manat 62 qəpik məbləğində pul alınaraq İddiaçı MM QBKT-na verilməli, bununla da iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35 manat 50 qəpik məbləğində dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, **********0123 saylı güzəştli kredit müqaviləsi üzrə 559 manat 86 qəpik əsas borc, 11 manat 32 qəpik faiz borcu,cəmi 571 manat 18 qəpik məbləğində və xx.xx.2019-cu il tarixli, **********0110 saylı güzəştli kredit müqaviləsi üzrə 959 manat 45 qəpik əsas borc, 19 manat 17 qəpik faiz borcu, cəmi 978 manat 62 qəpik məbləğində pul tutularaq iddiaçı "FİNCA Azerbaijan” MM QBKT-na verilsin. Cavabdeh 35 manat 50 qəpik məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "FİNCA Azerbaijan” MMM QBKT-na verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar