Məhkəmə qərarları › İş №e-2(046)-1481/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1481/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1481/2023 14.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli GY-2808 saylı kredit müqaviləsinə əsasən cəmi – 5821 manat 33 qəpik borcun, bundan 5697 manat 12 qəpik əsas, 124 manat 06 qəpik faiz, 15 qəpik cərimə borcunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 78 manat 22 qəpik dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun Cavabdeh5 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh5, X2, Cavabdeh4, Cavabdeh2 («İpoteka qoyan»lara) xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Göyçay şəhəri, N.Tusi küçəsində 0,064 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 45,5 kv.m yaşayış, 70,8 kv.m yardımçı, 116,3 kv.m ümumi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh5 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh5, X1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 əşyaları ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılması və evin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qərardadı ilə iddianın ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh5, X1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 əşyaları ilə birlikdə həmin evdən çıxarılması və evin boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsi tələbinə dair hissəsinə xitam verilməsi qərara alınmışdır. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Göyçay filialı ilə Cavabdeh5 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli GY-2808 saylı kredit müqaviləsinə əsasən Cavabdeh5 xx.xx.2015-ci il tarixli, GY-1297 saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə 1 (bir) il güzəşt müddəti tətbiq olunmaqla 5 (beş) il müddətinə illik 01 (bir) faiz dərəcəsi ilə 5785 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən Cavabdeh5, X2, Cavabdeh4, Cavabdeh2 («İpoteka qoyan»lara) xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Göyçay şəhəri, N.Tusi küçəsində 0.064 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 45,5 kv.m yaşayış, 70,8 kv.m yardımçı, 116,3 kv.m ümumi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Evin ipotekaya qoyulması barədə bank ilə Cavabdeh5, X4, Cavabdeh4 və Cavabdeh2 arasında 30 dekabr 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanılmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra evin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə xx.xx.2023-cü il tarixli **********560 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixli maliyyə arayışından göründüyü kimi Cavabdeh5 xx.xx.2023-cü il tarixinə LPO İddiaçı ASC-yə kredit üzrə cəmi borcu 5821 manat 33 qəpik təşkil edir ki, bunun da 5697 manat 12 qəpik əsas, 124 manat 06 qəpik faiz, 15 qəpik cərimə borcu təşkil edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəməyə gəlməmiş, ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında xx.xx.2015-ci il tarixli, GY-1297 №-li kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 5785 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh5, X4, Cavabdeh4, Cavabdeh2 arasında sonrakı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh5, X4, Cavabdeh4, Cavabdeh2 mülkiyyət hüququ ilə onlara məxsus olan Göyçay şəhəri, N.Tusi küçəsində 0,064 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 45,5 kv.m yaşayış, 70,8 kv.m yardımçı, 116,3 kv.m ümumi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evini öhdəliyin icrasının təminatı kimi ipotekaya qoymuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh5, X4, Cavabdeh4, Cavabdeh2 məxsus Göyçay şəhəri, N.Tusi küçəsində 0,064 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 45,5 kv.m yaşayış, 70,8 kv.m yardımçı, 116,3 kv.m ümumi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş mənzilin qiymətləndirilməsi barədə "xxxx" MMC-nin 01.11. 2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh5 ,X4, Cavabdeh4, Cavabdeh2 məxsus Göyçay şəhəri, N.Tusi küçəsində 0,064 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 45,5 kv.m yaşayış, 70,8 kv.m yardımçı, 116,3 kv.m ümumi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evinin 01 noyabr 2023-cü il tarixinə likvid dəyəri 24.000 manat qiymətləndirilmişdir. İşə əlavə edilmiş 04 may 2023-cü il tarixli bildirişdən görünür ki, ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh5 bildiriş göndərilərək kredit müqaviləsi üzrə borcların ödənilməsinin təmin edilməsi xahiş edilmiş və əks təqdirdə tutmanın ipotekaya yönəldilməsi barədə Cavabdeh5, X4, Cavabdeh4, Cavabdeh2 məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə göndərilmiş ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyanlar Cavabdeh5, X4, Cavabdeh4, Cavabdeh2 oğluna göndərilmiş 23 may 2023-cü il tarixli bildiriş İpoteka haqqında Azərbaycan Respublikası Qanununa əsasən qeydiyyata alınması üçün 16 saylı Ərazi İdarəsinə göndərilmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh5 ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 12 aprel 2023-cü il tarixinə 5697 manat 12 qəpik əsas, 124 manat 06 qəpik faiz, 15 qəpik cərimə olmaqla, cəmi 5821 manat 33 qəpik borclu vardır. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 78 manat 22 qəpik məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Mübahisəli hüquq münasibətlərinin yarandığı zamanı qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləq borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci mddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında xx.xx.2019-cu il tarixli, GY-2808 №-li kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 5785 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. 30 dekabr 2019-cu il tarixdə İddiaçı ASC ilə cavabdehlər Cavabdeh5, X4, Cavabdeh4, Cavabdeh2 arasında sonrakı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh5, X4, Cavabdeh4, Cavabdeh2 öhdəliyin icrasının təminatı kimi Göyçay şəhəri, N.Tusi küçəsində 0,064 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 45,5 kv.m yaşayış, 70,8 kv.m yardımçı, 116,3 kv.m ümumi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evini ipotekaya qoymuşdur. Cavabdeh5 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu kredit borcunu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də iddiaçı kredit borcunu cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh5 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh5 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə aldığı krediti iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qaytarmalıdır. Beləliklə məhkəmə göstərilənləri nəzərə alıb, hesab edir ki, Cavabdeh5 5697 manat 12 qəpik əsas borc, 124 manat 06 qəpik faiz borcu, 15 qəpik cərimə, cəmi 5821 manat 33 qəpik pul alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu pulun alınması barədə tələbi ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh5, X4, Cavabdeh4, Cavabdeh2 məxsus Göyçay şəhəri, N.Tusi küçəsində 0,064 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 45,5 kv.m yaşayış, 70,8 kv.m yardımçı, 116,3 kv.m ümumi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evinə yönəldilməsi ilə ödənilməsini tələb etdiyindən, ipoteka predmeti açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh5 tutulmalıdır. Cavabdehlər Cavabdeh5, X2, Cavabdeh4, Cavabdeh2 məxsus Göyçay şəhəri, N.Tusi küçəsində 0,064 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 45,5 kv.m yaşayış, 70,8 kv.m yardımçı, 116,3 kv.m ümumi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evinin likvid dəyəri "xxxx" MMC-nin 01.11. 2023-cü il tarixli rəyinə görə 24000 manat qiymətləndirlmişdir. Məhkəmə hesab edir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununa görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməli olduğundan, ipoteka predmetinin ilkin satış qiyməti 24000 manat məbləğində müəyyən edilməlidir. İddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 78 manat 22 qəpik və bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 manat pul Cavabdeh5 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməlidir. Cavabdeh5 əmlakın qiymətləndirilməsinin xidmət haqqı 250 manat alınaraq "xxxx" MMC-nə verilməlidir. Beləliklə məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh5 5697 manat 12 qəpik əsas borc, 124 manat 06 qəpik faiz borcu, 15 qəpik cərimə, cəmi 5821 manat 33 qəpik, dövlət rüsumu üçün ödənilmiş 78 manat 22 qəpik və bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməli, tutma ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh5, X2, Cavabdeh4, Cavabdeh2 məxsus Göyçay şəhəri, N.Tusi küçəsində 0,064 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 45,5 kv.m yaşayış, 70,8 kv.m yardımçı, 116,3 kv.m ümumi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evinə yönəldilməklə, həmin əmlak açıq hərracda satılmalı, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 24000 manat müəyyən edilməli, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilməli və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh5 tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh5 5697 manat 12 qəpik əsas borc, 124 manat 06 qəpik faiz borcu, 15 qəpik cərimə, cəmi 5821 manat 33 qəpik məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. Tutma ipoteka predmeti olan cavabdehlər Cavabdeh5, X2, Cavabdeh4, Cavabdeh2 məxsus Göyçay şəhəri, N.Tusi küçəsində 0,064 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 45,5 kv.m yaşayış, 70,8 kv.m yardımçı, 116,3 kv.m ümumi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evinə yönəldilməklə, həmin əmlak açıq hərracda satılsın. İpoteka predmeti olan Göyçay şəhəri, N.Tusi küçəsində 0,064 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 45,5 kv.m yaşayış, 70,8 kv.m yardımçı, 116,3 kv.m ümumi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 24000 manat məbləğində müəyyən edilsin. İpoteka predmetinin satışından əldə olunmuş vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh5 tutulsun. Cavabdeh5 78 manat 22 qəpik və bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. Cavabdeh5 əmlakın qiymətləndirilməsinin xidmət haqqı 250 manat alınaraq "xxxx" MMC-nə verilsin. Qalan hissədə iddiaya Göyçay Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qərardadı ilə xitam verilməsi nəzərə alınsın. Qətnamədən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar