Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1493/2024 19.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-i Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BPM**********71 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 5294 manat 64 qəpik əsas borcun, ödənilmiş 72 manat 95 qəpik dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə X5 arasında BPM**********71 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 46 ay müddətinə illik 22 faiz ödəmək şərtilə 5700 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-li №262502 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon notariat ofisinin xx.xx.2024cü il tarixli, 446 saylı məktubuna əsasən X3 mirası qəbul etmiş vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Bankın Sabunçu filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 5294 manat 64 qəpik əsas borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-22331/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, "xxxx" ASC-nin direktoru Elvin Məmədov ərizə göndərərək işə onların iştirakları olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılmış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əməl edilməklə işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X3 vəfatından sonra X2 miras qalmış əmlakın qəbul edilməsinə dair Cavabdeh ərizə ilə Göyçay rayon Notariat Ofisinə müraciət etmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, mərhum X3 adına olan kredit müqaviləsi üzrə vərəsə Cavabdeh öhdəliyin vaxtında icra edilməsi barədə iddiaçı "xxxx" ASC tərəfindən xəbərdar olunmuşdur. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X5 arasında illik 22 faiz olmaqla 46 ay müddətinə 5700 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, X3 "xxxx" ASC-yə cəmi 5294 manat 64 qəpik kredit borcu vardır. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 72 manat 95 qəpik və 40 qəpik xidmət haqqı məbləğində pul iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa,vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: "xxxx" ASC ilə X5 arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən illik 22 faiz olmaqla 46 ay müddətinə 5700 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, X3 vəfatından sonra Cavabdeh miras qalmış əmlakdan qanunla müəyyən edilmiş qaydada imtina etməmiş, mirası qəbul etmişdir. Cavabdeh miras əmlakı qəbul etdiyindən miras qoyan X3 iddiaçı "xxxx" ASC-i qarşısında kredit müqaviləsi ilə yaranmış öhdəliyin icrasını təmin etməyə borcludur. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC ilə X5 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, kredit müqaviləsi üzrə öhdəlik vaxtında yerinə yetirilmədiyindən, X1nın vəfat etməsindən sonra miras əmlakı qəbul etmiş vərəsə Cavabdeh miras qoyanın borclarını tam ödəməlidir. Məhkəmə nəzərə alır ki, Cavabdeh Mülki Məcəllənin 1307-ci maddəsinin tələblərinə uyğun olaraq miras qoyanın borclarının mirasdan çox olduğunu təsdiq edən sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə X3 yaranmış borcunu iddiaçı "xxxx" ASC-nə qaytarmalı, bununla da iddia təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş cəmi 72 manat 95 qəpik məbləğində pul və 40 qəpik xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nə verilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc 5294 manat 64 qəpik məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC -nə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc 5294 manat 64 qəpik məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nə verilsin. Cavabdeh 72 manat 95 qəpik məbləğində ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-1493/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1493/2024
19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver