Məhkəmə qərarları › İş №e-2(046)-1495/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1495/2022

29.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1495/2022 29.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8.500 manat və 4000 ABŞ dolları borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh 2015-ci ilin əvvəllərində işlədiyi məktəbin yaxınlığında müəllimə yoldaşının geyim mağazasında tanımışdır. Cavabdehlə həmin mağazada bir neçə dəfə rastaşdıqdan sonra onunla dostluq münasibəti qurmuşdur. cavabdeh Səfxan adlı şəxslə yaşadığı evə gələrək onların işə düzəltməkdə tanışlarının olduqlarını bildirdilər. Siyəzən rayonunda yaşayan tanışı Əlimurad Quliyevin oğlunun polisə işə düzəltmək istədiyini yadımna düşdüyündən onlara tanışının oğlunu işə düzətlmələrini soruşduqda əminiliklə 4.000 ABŞ dollarına düzəldəcəklərini bildirdilər. Əlimurad Quliyevə 4.000 ABŞ dollarını gətirməsini və oğlunun işinin düzələcəyini bildirdim. Bir neçə gün sonra Əlimurad Quliyev 4.000 ABŞ dollarını və sənədləri ona gətirdi. Həmin pulu və sənədləri Bakı şəhəri nəsimi rayonu 28 May metro stansiya yaxınlığında Cavabdeh Səfxan adlı şəxsin yanında vermişdir. Həmin vaxtdan 5-6 ay keçdikdən sonra cavabdehdən xəbər çıxmadığından ona zəng edərək işlə bağlı maraqlandıqda əlavə 500 manat ondan istədilər. X1 əlavə 500 manat pulun cavabdehə verməsini bildirmişdir. Həmin 500 manat pulu cavabdeh Siyəzən rayonundan Əlimurad Quliyevdən almışdır. Cavabdeh ona şərikli bal bişirib satmaq işinə təklif edərək ondan 7.000 manat pul borc istəmiş, Cavabdehlə şərik olmayacağını bildirdikdə lotereya oynadığını və həmin lotoreyedan 10.000 manat pul götürəcəyini bildirərək ondan 7.000 manat borc istəyərək qısa vaxta qaytaracağını bildirmişdir. cavabdehə Səfxan adlı şəxsin yanında 7.000 manat pulu Nəsimi rayonu Səməd Vurğun adına bağın yaxınlığında vermişdir. Sonradan cavabdeh yaşadığı ünvan 1 ünvanına gələrək ondan 1.000 manat və 300 manat pul almışdır. Müəyyən vaxt keçdikdən sonra Cavabdeh işə düzəlmək adı ilə ondan almış olduğu 4.000 ABŞ dollarını və 8.800 manat pulun qaytarmasını tələb etsə də, müxtəlif bəhanələr gətirərək almış olduğu pulların qaytarılmasından imtina etmişdir. Cavabdeh tərəfindən aldanıldığını bildikdən sonra 4.000 ABŞ dollarını və 8.800 manat pulunun ələ keçirilməsi barədə Daxili İşlər Nazirliyinə və AR Baş Prokurorluğuna müraciətlər etmiş, Nəsimi rayon Polis İdarəsinin İstinaq Şöbəsinə cavabdeh gəlmiş və onun almış olduğu pulları etiraf etmiş lakin cinayət işinin başlanması qərarına qeyd edilməmişdir. Sonuncu dəfə 2021-ci ilin dekabr ayının əvəllərində yaşadığı ünvan 1 ünvanın yaxınlığına gələrək 300 manat pul ona ödəyərək qalan məbləği yaxın vaxtlarda ödəcəyini bildirmişdir. Lakin cavabdeh almış olduğu pulları qaytarmadığından onun barəsində etdiyi müraciətləri araşdırılmış və mülki mühakimə qaydasında məhkəməyə müraciət etməyi göstərildiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçını və nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Rahid Tağıyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı şahidlərin izahatları və işin halları ilə İddiaçı ilə Cavabdeh arasında mülki xarakterli mübahisə olduğu müəyyən edilmiş, buna görə də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı ilə Cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmış, İddiaçı Cavabdeh 8.800 manat borc pul vermiş, cavabdeh həmin borcundan 300 manatını iddiaçıya qaytarmış, 8.500 manat isə tezliklə qaytaracağını bildirmişdir. Bundan başqa İddiaçı ilə Cavabdeh arasında şifahi razılaşma olmuş, Cavabdeh iddiaçı Afiyət Mərdanovadan müəyyən hərəkətləri etmək niyyəti ilə 4000 ABŞ dolları pul almış, lakin üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıdan aldığı pulu geri qaytarmamışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı məxsus 8.500 manat və 4000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyində qalmışdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, 131 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 8.500 manat məbləğində borc pul və 4000 ABŞ dolları Azərbaycan manatı ilə məzənnəsi və 131 manat dövlət rüsumu İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 8.500 manat məbləğində borc pul və 4000 ABŞ dolları Azərbaycan manatı ilə məzənnəsi və 131 manat dövlət rüsumu İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar