Məhkəmə qərarları › İş №e-2(046)-1518/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1518/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1518/2023 13.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli GY-28130 saylı kredit müqaviləsinə əsasən cəmi 10961 manat 97 qəpik borcun, bundan 10818 manat əsas, 143 manat 44 qəpik faiz borcunun, 53 qəpik cərimə borcunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 122 manat 89 qəpik dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 (İpoteka qoyana) xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanda yerləşən, 1 mərtəbəli 2 otaqlı, yaşayış sahəsi 46 kv/m, yardımçı sahəsi 68,4 kv/m, ümumi sahəsi 114.4 kv/m olan fərdi yaşayış evinə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh4 əşyaları ilə birlikdə həmin evdən çıxarılması və evin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qərardadı ilə iddianın ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh4 əşyaları ilə birlikdə həmin evdən çıxarılması və evin boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsi tələbinə dair hissəsinə xitam verilməsi qərara alınmışdır. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli GY-28130 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixli, GY-1002 saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə 1(bir) il güzəşt müddəti tətbiq olunmaqla 5 il müddətinə illik 01 faiz dərəcəsi ilə 10818 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2010-cu il tarixli MA seriyalı ******* qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh1 (İpoteka qoyana) xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanda yerləşən, 1 mərtəbəli 2 otaqlı, yaşayış sahəsi 46 kv/m, yardımçı sahəsi 68,4 kv/m, ümumi sahəsi 114.4 kv/m olan fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Evin ipotekaya qoyulması barədə bank ilə Cavabdeh1 arasında 27 dekabr 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanılmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.4.4-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 2.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə xx.xx.2023-cü il tarixli **********634 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idi, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixli maliyyə arayışından göründüyü kimi Cavabdeh1 xx.xx.2023-cü il tarixinə LPO İddiaçı ASC-yə kredit üzrə cəmi borcu 10961 manat 97 qəpik təşkil edir ki, bunun da 10818 manat əsas, 143 manat 44 qəpik faiz, 53 qəpik cərimə borcu təşkil edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəməyə gəlməmiş, ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Göyçay filialı ilə bağlanılmış xx.xx.2019-cu il tarixli GY-28130 saylı kredit müqaviləsinə əsasən ona xx.xx.2014-cü il tarixli, GY-1002 saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə 1 il güzəşt müddəti tətbiq olunmaqla 5 il müddətinə illik 01 faiz dərəcəsi ilə 10818 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı kimi özünə məxsus olan ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Maddi imkanı olmadığından banka olan borcunu ödəməmişdir. İddiaçıya qalan kredit borcunu hissəhissə ödəyə bilər. Məhkəmə iclasında Cavabdeh3 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki,, xx.xx.2019-cu il tarixli GY-28130 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 verilmiş kreditin təminatı kimi onun da yaşadığı Cavabdeh1 məxsus Göyçay şəhəri, Həbibi küçəsi 19 saylı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Başqa yaşayış yeri yoxdur,ev satıldıqda onun oradan çıxarılması hissədə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Cavabdehlərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, GY-1002 №-li kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 10818 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında sonrakı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda yerləşən, 1 mərtəbəli 2 otaqlı, yaşayış sahəsi 46 kv/m, yardımçı sahəsi 68,4 kv/m, ümumi sahəsi 114.4 kv/m olan fərdi yaşayış evini öhdəliyin icrasının təminatı kimi ipotekaya qoymuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən, 1 mərtəbəli 2 otaqlı, yaşayış sahəsi 46 kv/m, yardımçı sahəsi 68,4 kv/m, ümumi sahəsi 114.4 kv/m olan fərdi yaşayış evin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində **********75-10301 reyestr nömrəsi ilə, ********** saylı qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş mənzilin qiymətləndirilməsi barədə "xxxx" MMC-nin 25.10. 2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən, 1 mərtəbəli 2 otaqlı, yaşayış sahəsi 46 kv/m, yardımçı sahəsi 68,4 kv/m, ümumi sahəsi 114.4 kv/m olan fərdi yaşayış evinin 25 oktyabr 2023-cü il tarixinə likvid dəyəri 40000 manat qiymətləndirilmişdir. İşə əlavə edilmiş 16 mart 2023-cü il tarixli bildirişdindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 bildiriş göndərilərək kredit müqaviləsi üzrə borcların ödənilməsinin təmin edilməsi xahiş edilmiş və əks təqdirdə tutmanın ipotekaya yönəldilməsi barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə göndərilmiş ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh1 göndərilmiş 16 mart 2023-cü il tarixli bildiriş İpoteka haqqında Azərbaycan Respublikası Qanununa əsasən qeydiyyata alınması üçün 16 saylı Ərazi İdarəsinə göndərilmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2023-cü il tarixinə 10818 manat əsas, 143 manat 44 qəpik faiz, 53 qəpik cərimə olmaqla, cəmi 10961 manat 97 qəpik vardır. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 122 manat 89 qəpik məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Mübahisəli hüquq münasibətlərinin yarandığı zamanı qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləq borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci mddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, GY-28130 №-li kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 10818 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. 27 dekabr 2019-cu il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında sonrakı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 öhdəliyin icrasının təminatı kimi ünvan 1 ünvanda yerləşən, 1 mərtəbəli 2 otaqlı, yaşayış sahəsi 46 kv/m, yardımçı sahəsi 68,4 kv/m, ümumi sahəsi 114.4 kv/m olan fərdi yaşayış evini ipotekaya qoymuşdur. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu kredit borcunu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də iddiaçı kredit borcunu cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə aldığı krediti iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qaytarmalıdır. Beləliklə məhkəmə göstərilənləri nəzərə alıb,hesab edir ki, Cavabdeh1 28 fevral 2023-cü il tarixinə yaranmış 10818 manat əsas borc, 143 manat 44 qəpik faiz borcu, 53 qəpik cərimə, cəmi 10961 manat 97 qəpik məbləğində pul alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu pulun alınması barədə tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən, 1 mərtəbəli 2 otaqlı, yaşayış sahəsi 46 kv/m, yardımçı sahəsi 68,4 kv/m, ümumi sahəsi 114.4 kv/m olan fərdi yaşayış evinə yönəldilməsi ilə ödənilməsini tələb etdiyindən, ipoteka predmeti açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh1 tutulmalıdır. Məhkəmə hesab edir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununa görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməli olduğundan,qiymətləndirici "xxxx" MMC-nin 25.10. 2023-cü il tarixli hesabatına görə Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən, 1 mərtəbəli 2 otaqlı, yaşayış sahəsi 46 kv/m, yardımçı sahəsi 68,4 kv/m, ümumi sahəsi 114.4 kv/m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 40.000 manat məbləğində müəyyən edilməlidir. İddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 122 manat 89 qəpik və bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 manat pul Cavabdeh1 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməlidir. Cavabdeh1 əmlakın qiymətləndirilməsinin xidmət haqqı 250 manat alınaraq "xxxx" MMC-nə verilməlidir. Beləliklə məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 10818 manat əsas borc, 143 manat 44 qəpik faiz borcu, 53 qəpik cərimə, cəmi 10961 manat 97 qəpik, dövlət rüsumu üçün ödənilmiş 122 manat 89 qəpik və bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməli, tutma ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən, 1 mərtəbəli 2 otaqlı, yaşayış sahəsi 46 kv/m, yardımçı sahəsi 68,4 kv/m, ümumi sahəsi 114.4 kv/m olan fərdi yaşayış evinə yönəldilməklə, həmin əmlak açıq hərracda satılmalı, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 40000 manat müəyyən edilməli, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilməli və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh1 tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 10818 manat əsas borc, 143 manat 44 qəpik faiz borcu, 53 qəpik cərimə, cəmi 10961 manat 97 qəpik məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. Tutma ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən, 1 mərtəbəli 2 otaqlı, yaşayış sahəsi 46 kv/m, yardımçı sahəsi 68,4 kv/m, ümumi sahəsi 114.4 kv/m olan fərdi yaşayış evinə yönəldilməklə, həmin əmlak açıq hərracda satılsın. İpoteka predmeti olan ünvan 1 ünvanda yerləşən, 1 mərtəbəli 2 otaqlı, yaşayış sahəsi 46 kv/m, yardımçı sahəsi 68,4 kv/m, ümumi sahəsi 114.4 kv/m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 40.000 manat məbləğində müəyyən edilsin. İpoteka predmetinin satışından əldə olunmuş vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh1 tutulsun. Cavabdeh1 122 manat 89 qəpik və bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. Cavabdeh1 əmlakın qiymətləndirilməsinin xidmət haqqı 250 manat alınaraq "xxxx" MMC-nə verilsin. Qalan hissədə iddiaya Göyçay Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qərardadı ilə xitam verilməsi nəzərə alınsın. Qətnamədən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar