Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1519/2023 07.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X2 Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-i cavabdehlər Cavabdeh5, Cavabdeh1 Əliibrahim qızına, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli GY-2796 saylı Kredit Müqaviləsinə əsasən cəmi - 6517.87 (altı min beş yüz on yeddi manat 87 qəpik) manat borcun – bundan 6432.02 (altı min dörd yüz otuz iki manat 02 qəpik) manat əsas, 85.64 (səksən beş manat 64 qəpik) manat faiz borcunun, 0.21 (0 manat 21 qəpik) manat cərimə borcunun, iddia ərizəsinin verilməsi üçün ödədiyimiz 85.18 (səksən beş manat 18 qəpik) manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödədiyimiz 45 (qırx beş) manat dövlət rüsumunun Cavabdeh5 tutulması, - tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh5(İpoteka qoyana) xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində, 2 otaqlı, 32 kv.m yaşayış, 26.9 kv.m yardımçı, 58.9 kv.m ümumi sahədən ibarət, 2 nömrəli mənzilə yönəldilməsi, - yuxarıdakı əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh5 tutulması, - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra Cavabdeh5, Cavabdeh1 Əliibrahim qızının, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh2 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “AZEMİS” X1 şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, Cavabdeh6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra iddia icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC (prosessual hüquq qabiliyyəti xətm edilmiş) vəfat etmiş şəxs Cavabdeh6 qarşı iddia ərizəsi verdiyindən,iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə ödənilmiş dövlət rüsumu ilə birlikdə geri qaytarılmalı, iddiaçıya izah olunmalıdır ki, əgər mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə,ölmüş şəxsin hüquqi varisini müəyyən edərək ona qarşı iddia qaldırmaq hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh1 Əliibrahim qızına, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 85 manat 18 qəpik dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nə qaytarılsın. İddiaçıya izah olunsun ki, əgər mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə,ölmüş şəxsin hüquqi varisinə qarşı iddia qaldırmaq hüququna malikdir Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-1519/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1519/2023
07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver