Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1535/2024 23.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X2 Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəyə baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 27 avqust 2019-cu il tarixli, GY-2626 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 2008 manat 45 qəpik əsas borc, 2 manat 19 qəpik faiz borc, 01 qəpik cərimə borcu, cəmi 2010 manat 65 qəpik və iş üzrə ödənilmiş 41 manat dövlət rüsumunun müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “AZEMİS” X1 şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Göründüyü kimi iddia tələbi həmçinin ölmüş şəxs (prosessual hüquq qabiliyyəti xətm edilmiş) Cavabdeh2 qarşı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə),cavabdehin soyadı,adı,atasının adı, yaşayış yeri (həm faktiki,həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri,elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə,yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır.Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (prosessual hüquq qabiliyyəti xətm edilmiş) vəfat etmiş şəxs Cavabdeh2 qarşı iddia ərizəsi verdiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə birlikdə geri qaytarılmalı, iddiaçıya izah olunmalıdır ki, əgər mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə, ölmüş şəxsin hüquqi varisini müəyyən edərək ona qarşı iddia qaldırmaq hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, əgər mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə,ölmüş şəxsin hüquqi varisinə qarşı iddia qaldırmaq hüququna malikdir Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-1535/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1535/2024
23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver