Məhkəmə qərarları › İş №e-2(046)-1538/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1538/2024

21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1538/2024 21.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" ASC-nin Göyçay filialı ilə X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********41 saylı kredit müqaviləsinə əsasən X6 11 ay müddətinə illik 16 faiz olmaqla 910 manat məbləğində nağd kredit verilmişdir. İddiaçı "xxxx" ASC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2020-ci il tarixli BPM**********41 saylı kredit müqaviləsinə əsasən 82 manat 91 qəpik əsas borc olmaqla cəmi 82 manat 91 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının ödənilməsini tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, X7 xx.xx.2020-cü il tarixdə vəfat etmişdir. Göyçay rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 186 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X5 adına vərəsəlik işi qanun üzrə vərəsəsi olan Cavabdeh tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmışdır. Bankın Göyçay filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X3 xx.xx.2020-ci il tarixli BPM**********41 saylı kredit müqaviləsinə əsasən 82 manat 91 qəpik əsas borc olmaqla cəmi 82 manat 91 qəpik məbləğində borcu qalmışdır. X1 qalmış mirası qəbul etməsinə baxmayaraq Cavabdeh ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmiş, işə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən xx.xx.2024-cü il tarixdə bildiriş çatdırılmış,elektron kabinetinə xx.xx.2024-cü il tarixdə bildiriş yerləşdirilmiş,lakin Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən iddiaçının təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə 82 manat 91 qəpik əsas borc borcu vardır. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X5 vəfatından sonra Cavabdeh miras qalmış əmlakın qəbul edilməsinə dair Cavabdeh ərizə ilə Göyçay rayon Notariat Ofisinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, "xxxx" ASC ilə X7 arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X7 arasında illik 16 faiz olmaqla 11 ay müddətinə 910 manat məbləğində nağd kredit verilməsi barədə müqavilə bağlanmışdır. X2 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, X5 vəfatından sonra Cavabdeh miras qalmış əmlakdan qanunla müəyyən edilmiş qaydada imtina etməmiş, mirası qəbul etmişdir. Cavabdeh miras əmlakı qəbul etdiyindən miras qoyan X5 iddiaçı "xxxx" ASC-i qarşısında kredit müqaviləsi ilə yaranmış öhdəliyin icrasını təmin etməyə borcludur. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC ilə X7 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, kredit müqaviləsi üzrə öhdəlik vaxtında yerinə yetirilmədiyindən, X2nun vəfat etməsindən sonra miras əmlakı qəbul etmiş vərəsə Cavabdeh miras qoyanın borclarını tam ödəməlidir. Məhkəmə nəzərə alır ki, Cavabdeh Mülki Məcəllənin 1307-ci maddəsinin tələblərinə uyğun olaraq miras qoyanın borclarının mirasdan çox olduğunu təsdiq edən sübut təqdim etməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə X5 yaranmış borcunu iddiaçı "xxxx" ASC-nə qaytarmalı, bununla da iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumundan və 40 qəpik xidmət haqqından ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 82 manat 91 qəpik əsas borc olmaqla, cəmi 82 manat 91 qəpik məbləğində pul alınıb iddiaçı "xxxx" ASC-nə verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 manat və 40 qəpik xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar