Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1539/2025 21.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1 Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbul edilməsi məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı ASC-i kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3500 manat 59 qəpik əsas borc, 307 manat 52 qəpik faiz borcu olmaqla, cəmi 3808 manat 11 qəpik və dövlət rüsumu olaraq ödənilmiş 58 manat 08 qəpik pulun tutulmasını tələb etmişdir. Aşağıdakı əsaslara görə İddiaçı ASC-nin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-2-ci maddəsinə görə kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. «Azemis» Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışından görünür ki, cavabdeh kimi qeyd edilmiş Cavabdeh (AA–6608113) Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 12-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəyə Cavabdeh (AA–6608113) Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 12-də qeydiyyatda olduğundan Göyçay Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ödənilmiş dövlət rüsumu ilə birlikdə qaytarılmalı, iddiaçıya ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 58 manat 08 qəpik dövlət rüsumu İddiaçı ASC-nə qaytarılsın. İddiaçıya izah edilsin ki, ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-1539/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1539/2025
21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver