Məhkəmə qərarları › İş №e-2(046)-1542/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1542/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1542/2024 17.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, X13, X9 və X10 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: Müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X19, X15 və X5 isə qanuni nümayəndəsi vasitəsilə iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli BPM**********93 saylı kredit müqaviləsinə əsasən 1100.77 manat əsas borc olmaqla, cəmi 1100.77 manat məbləğində kredit borcunun, ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-i iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X19, X15 və X5 isə qanuni nümayəndəsi vasitəsilə iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli BPM**********93 saylı kredit müqaviləsinə əsasən 302.24 manat əsas borc olmaqla, cəmi 302.24 manat məbləğində kredit borcunun, ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC-nin Göyçay filialı ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********93 saylı kredit müqaviləsinə əsasən X4 21 ay müddətinə illik 24 faiz olmaqla 1650 (bir min altı yüz əlli) manat məbləğində nağd kredit verilmişdir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 186 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri Cavabdeh2, Cavabdeh1, X19, X15 və X11 V-498/2023 nömrəli vərəsəlik işi üzrə, xx.xx.2023-cü il tarixli, reyestrdə 2V-765 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Göyçay filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X3 xx.xx.2020-ci il tarixli BPM**********93 saylı kredit müqaviləsinə əsasən 1,100.77 manat əsas borc olmaqla, cəmi 1,100.77 manat məbləğində borcu qalmışdır. Cavabdehlər, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən X4 21 ay müddətinə illik 24 faiz olmaqla 1650 manat məbləğində nağd kredit verilmişdir. X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. O, banka dəvət edilərkən, bankda ona kredit müqaviləsinin təminatı olaraq bankla X6 arasında sığorta müqaviləsi bağlandığını, kredit borcunu sığorta ödəyəcəyini demişlər. O, bilmədən kredit müqaviləsi üzrə borcdan 800 manat ödəniş etmişdir. Belə ki, kürəkəni onu məcbur edilb ki, uşaqları məktəbə gedir və kredit ödənilsin. Bu səbəbdən o banka 800 manat ödəniş etmişdir. İş üzrə digər cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə gəlməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli BPM**********93 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X6 arasında illik 24 faiz olmaqla 21 ay müddətinə 1650 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Qanini vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri: Göyçay rayonun Çərəkə kəndində yaşayan əri Cavabdeh2, Göyçay rayonun Çərəkə kəndində yaşayan oğlu Cavabdeh1, Göyçay rayonun Çərəkə kəndində yaşayan xx.xx.2007-ci ildə anadan olmuş nəvəsi X19, Göyçay rayonun Çərkə kəndində yaşayan xx.xx.2009-cu ildə anadan olmuş nəvəsi X15, Göyçay rayon Çərəkə kəndində yaşayan xx.xx.2011-ci ildə anadan olmuş nəvəsi X12r və onlardan hər biri miras əmlakdan 1/5 irs almalıdır. Miras əmlak xx.xx.2015-ci ildə X4 verilmiş 408/013042623 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Göyçay rayonu Çərəkə kəndində yerləşən ümumi sahəsi 0.19 ha olan torpaq sahəsinin X4 məxsus olan payından ibarətdir. Göyçay rayon Notariat Ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X3 vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsi barədə ərizəni X19, X15 və X8 qanuni nümayəndəsi X20 tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, mərhum X3 adına olan kredit müqaviləsi üzrə öhdəliyin vaxtında icra edilməsi barədə vərəsələr Cavabdeh2, Cavabdeh1 və X19, X15 və X16 iddiaçı "xxxx" ASC tərəfindən xəbərdar olunmuşdur. Ödəniş qəbzlərinin surətindən görünür ki, Cavabdeh2 X3 adna olan kredit borcundan xx.xx.2024-cü il tarixdə 700 manat, xx.xx.2024-cü il tarixdə 100 manat ödəniş etmişdir. xx.xx.2020-ci il tarixli kredt müqaviləsi üzrə maliyyə arayışından görünür ki, X3 xx.xx.2024-cü il tarixə "xxxx" ASC-nə ödənilməmiş əsas borcu 302.24 manat təşkil edir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, "xxxx" ASC-nin Göyçay filialı ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********93 saylı kredit müqaviləsinə əsasən X4 21 ay müddətinə illik 24 faiz olmaqla 1650 manat məbləğində nağd kredit iddiaçı tərəfindən sığortalanmamışdır. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 31 manat məbləğində pul iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir (********** saylı qəbz). Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2020-ci il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin\ 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: "xxxx" ASC ilə X6 arasında illik 24 faiz olmaqla 21 ay müddətinə 1650 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, X3 vəfatından sonra Cavabdeh2, Cavabdeh1 və X19, X15 və X17 (onların əvəzinə qanuni nümayəndə X20) miras qalmış əmlakı qəbul etmişlər və bu barədə ərizə ilə Göyçay rayon Notariat Ofisinə müraciət etmişlər. Cavabdeh2, Cavabdeh1, X19, X15 və X17 miras qalmış əmlakı qəbul etdiyindən borcun ödənilməsi üçün qəbul edilmiş miras əmlaka münasibətdə birgə məsuliyyət daşıyırlar. X3 bank qarşısında üzərinə götürdüyü öhdəlik vərəsələr tərəfindən yerinə yetirilməmiş, kredit borcu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarılmamışdır. Buna görə də iddiaçı kredit borcunu cavabdehlərdən (vərəsələrdən) tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC ilə X6 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, kredit müqaviləsi üzrə öhdəlik vaxtında yerinə yetirilmədiyindən, X1nın vəfat etməsindən sonra miras əmlakı qəbul etmiş vərəsələr birgə borclu qismində hər birinin payına mütənasib surətdə miras qoyanın borclarını tam ödəməlidirlər. Ona görə də cavabdehlər Cavabdeh2, Cavabdeh1 və qanuni nümayəndə X20 vasitəsi ilə X19, X15 və X17 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçı "xxxx" ASC-nə qaytarmalıdırlar. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1, X19, X15 və X7 qanuni nümayəndə X20 vasitəsi ilə 302 manat 24 qəpik əsas borc iddiaçı "xxxx" ASC -nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumu, 0.40 (qırx) qəpik xidmət haqqı cavabdehlər Cavabdeh2, Cavabdeh1, X19, X15 və X7 qanuni nümayəndə X20 vasitəsi ilə alınaraq iddiaçı "xxxx" ASC -nə ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, X19, X15 və X7 qanuni nümayəndə X20 vasitəsi ilə 302 (üş yüz iki) manat 24 (iyirmi dörd) qəpik əsas borc iddiaçı "xxxx" ASC -nin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, X19, X15 və X7 qanuni nümayəndə X20 vasitəsi ilə 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0.40 (qırx) qəpik məbləğində xidmət haqqı iddiaçı "xxxx" ASC -nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar