Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1585/2023 24.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə nikahdan anadan olmuş 28 aprel 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(076)-4576/2017 saylı qətnaməsi müəyyən edilmiş 120 (bir yüz iyirmi) manat alimentin məbləğinin artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində, həmçinin medaitor arayışının əldə edilməsi üçün ödənilən 50 manat pulun onun xeyrinə alınıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə aralarında xx.xx.2014-cü il tarixdə qeydə alınmış nikahları Şəmkir Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(076)-4576/2017 saylı qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnaməyə əsasən birgə nikahlarından 28 aprel 2015-ci ildə anadan olmuş X4 onun yanında qalmasının müəyyən edilməsi, 28 aprel 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq ona ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamənin aliment olan hissəsindən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 12 aprel 2018-ci il tarixli, 2(014)- 1619/2018 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(076)-4576/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəmkir Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Həmin məbləğ hal-hazırda Respublikada mövcud olan hazırkı bazar qiymətləri ilə müqayisədə, eləcə də uşağın yaşının artması səbəbindən onun saxlanılmasına kifayət etmir. Uşağın bütün qayğısını ehtiyaclarını tamamilə özü çəkir. Cavabdeh övladından tamamilə xəbərsizdir.Övladını gəlib görmür, onunla maraqlanmır. Cavabdeh isə aylıq alimentdən başqa uşağının maddi ehtiyaclarının ödənilməsində iştirak etmir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Hal-hazırkı dövrdə tutulan alimentin miqdarı maddi cəhətdən yetərli olmadığından artırılmalıdır. Tərəfindən aralarındakı mübahisənin mediasiya ilə həlli təklif edilmiş və mübahisə üzrə xx.xx.2023-cü il saat 11:00-da ilkin mediasiya prosesi keçirilmiş, lakin cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməməsi səbəbindən mediasiya prosesi baş tutmamışdır. Bununla bağlı mediator X13 tərəfindən MŞŞ/MT018/2023-01447 saylı müvafiq arayış verilmişdir. Hal-hazırda yaranmış mübahisənin həlli üçün tərəfindən məhkəmədə iddia tələbi ilə çıxış etmək zərurəti yaranmışdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə nikahları ləğv olunduqdan sonra birgə nikahdan olan xx.xx.2015-ci il tarixdə anadan olmuş 7 yaşlı qızı Xumar Məmmədovanın saxlanması üçün ayda 120 manat sabit pul məbləğində aliment ödəyir. Alimentin artırılması barədə iddianı aşağıdakı səbəblərdən qəbul etmir. Belə ki, iddiaçı ilə aralarında olan nikah ləğv olunduqdan sonra xx.xx.2019-cu il tarixdə X5 ilə rəsmi nikah bağlamış və həmin nikahdan xx.xx.2019-cu il tarixdə doğulmuş Məmmədli Cəfər, xx.xx.2021-ci il tarixdə doğulmuş Məmmədli Rəhman adlı 2 azyaşlı uşağı var. Həmin uşaqlar onun himayəsində olmaqla onların saxlanmasını maddi cəhətdən təmin edir. Həyat yoldaşı Rövşanə Cabbarova heç bir yerdə işləmir, uşaqlara baxır, səhhətində bir sıra ciddi problemləri vardır, daim dərmanlarla müalicə olunur. Onun daimi iş yeri yoxdur, fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla, onun-bunun qapısında fəhləlik etməklə bir təhər uşaqlarını saxlayır. Maddi durumu ağırdır, daimi qazanc yeri yoxdur. Özəl qaydada iş tapa bilməyəndə isə tam bekar olmaqla heç bir qazancı olmur. Son vaxtlar səhhətində yaranan ciddi problemlər, o cümlədən bel sütunun (onurğasında) və bir neçə qabırğasında baş vermiş əyrilik onu mütəmadi müalicə olunmaq məcburiyyətində qoymuş, bu da maddi vəziyyətini daha da çətinləşdirmişdir. Bütün bu deyilənlərin əksinə, İddiaçı daimi iş yeri vardır. Məktəbdə müəllimə işləməklə yüksək əmək haqqı alır, eyni zamanda repititor fəaliyyəti ilə məşğul olmaqla məktəb uşaqlarını evdə hazırlayıb, əlavə qazanc əldə edir. İddiaçının qazancı son vaxtlar yeni tikililərdə mənzil almağa da kifayət etmişdir. Bundan əlavə xarici markalı şəxsi minik maşını vardır ki, dəyəri təxminən 15-20 min manatdır. Yuxarıda sadaladığı hallar iddianın əsassız olmasını göstərdiyindən iddiaya etiraz edir, onun təmin edilməsini qeyri-mümkün hesab edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddiaçı ilə aralarında olan nikah ləğv olunduqdan sonra xx.xx.2019-cu il tarixdə X5 ilə rəsmi nikah bağlamış və həmin nikahdan xx.xx.2019-cu il tarixdə doğulmuş Məmmədli Cəfər, xx.xx.2021-ci il tarixdə doğulmuş Məmmədli Rəhman adlı 2 azyaşlı uşağı var. Həmin uşaqlar onun himayəsində olmaqla onların saxlanmasını maddi cəhətdən təmin edir. Onun daimi iş yeri yoxdur, fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla, onun-bunun qapısında fəhləlik etməklə bir təhər uşaqlarını saxlayır. Maddi durumu ağırdır, daimi qazanc yeri yoxdur. Özəl qaydada iş tapa bilməyəndə isə tam bekar olmaqla heç bir qazancı olmur.İddiaçı daimi iş yeri vardır, məktəbdə müəllimə işləməklə yüksək əmək haqqı alır, eyni zamanda repititor fəaliyyəti ilə məşğul olmaqla məktəb uşaqlarını evdə hazırlayıb, əlavə qazanc əldə edir. İddiaçının qazancı son vaxtlar yeni tikililərdə mənzil almağa da kifayət etmiş,bir neçə torpaq sahəsi vardır.Bundan əlavə xarici markalı şəxsi minik maşını vardır ki, dəyəri təxminən 15-20 min manatdır. 2017-ci ildən bu vaxtadək onun maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Bunları nəzərə alıb iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 28 aprel 2015-ci il tarixdə X7 adlı uşağı doğulmuşdur. İşə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)- 1619/2018 saylı qətnaməsinin surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(076)-4576/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş,tərəflər arasında xx.xx.2014-cü il tarixdə qeydə alınmış nikah pozulmuş,birgə nikahdan 28 aprel 2015-ci ildə anadan olmuş X4 anası X3 yanında qalmasının müəyyən edilməsi, 28 aprel 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq ona ödənilməsi qət edilmiş,Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında nikah Şəki rayon İbrahimkənd kənd İƏD üzrə nümayəndəliyində 29 aprel 2019-cu il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X9 və xx.xx.2021-ci il tarixdə X8 doğulmuşdur. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Mediator tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İşə əlavə edilmiş “AZEMİS” X2 şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində xx.xx.2021-ci ildən “Chery A13 minik” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İşə əlavə edilmiş “AZEMİS” X2 şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, İddiaçı ümumi təhsil məktəbində müəllimə işləməklə 1160.89 manat əmək haqqı alır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Ailə qanunvericiliyinin tələbinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli,2(076)-4576/2017 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh ikinci dəfə ailə qurmaqla xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X8 adlı uşaqlarının doğulması onun ailə vəziyyətində dəyişikliyin olmasına səbəb olmuşdur.Onun maddi vəziyyətinin yaxşılaşması müəyyən edilməmişdir. İddiaçı isə sahibliyində 2021-ci ildən “Chery A13 minik” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin olması onun maddi vəziyyətinin yaxşılaşmasını göstərir. Qeyd olunanları nəzərə alıb məhkəmə hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli,2(076)-4576/2017 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı müəyyən edildikdən sonra Cavabdeh maddi vəziyyətinin yaxşılaşması (qazancının və ya gəlirlərinin artması) müəyyən olunmadığından,habelə ikinci nikahdan 2 uşağının doğulmasının onun ailə vəziyyətində dəyişikliyin olmasına səbəb olduğundan ,alimentin müəyyən olunmuş miqdarının artırılmasına qanuni əsaslar yaranmamışdır. Beləliklə məhkəmə belə bir nəticəyə gəlir ki,müəyyən olunmuş alimentin miqdarının artırılması üçün qanuni əsaslar müəyyən olunmadığından, iddia təmin edilməməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Cavabdeh qarşı Şəmkir Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(076)-4576/2017 saylı qətnaməsi ilə 28 aprel 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən olunmuş 120 (bir yüz iyirmi) manat aliment məbləğinin artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-1585/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1585/2023
24.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver