Məhkəmə qərarları › İş №e-2(046)-1620/2022

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1620/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1620/2022 29.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, iddiaçı "xxxx" QSC-nin Cavabdeh2 və qeyrilərinə qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək MÜƏYYƏNETDİ: "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada kredit borcunun "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, E-Məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iki il bundan əvvəl vəfat etmiş şəxsə qarşı məhkəmədə iddia qaldırması tam anlaşılmazdır. Ona görə ki, vəfat etmiş şəxsə məhkəmə bildirişi, iddia ərizəsinin surətini göndərmək və ondan iddiaya qarşı çəkişmə prinsipinə əməl etməklə etirazını bildirməsi barədə hüquq və vəzifələrini izah etmək mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərməlidir. İddiaçı iddia ərizəsində Cavabdeh2 Göyçay rayonunun Bığır kəndində yaşadığını qeyd etmiş, lakin Cavabdeh2 xx.xx.2020-ci il tarixdə, yəni iki ilə yaxın müddətdir ki, vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 150, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: İddiaçı "xxxx" QSC-nin vəfat etmiş Cavabdeh2 və qeyrisinə qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" QSC-yə Cavabdeh2 hüquqi varisi müəyyən edildikdən sonra məhkəməyə müraciət edə biləcəyi hüququ təkrarən izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar