Məhkəmə qərarları › İş №e-2(046)-1631/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1631/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1631/2025 04.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı LPO Atabank ASC Cavabdeh1 və Rəşdiov Rəşid Valeh qızına qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO Atabank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Rəşdiov Rəşid Valeh qızından kredit müqaviləsi üzrə borcun və ödənilmiş dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO Atabank-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən MPM-nin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş **********42 nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı LPO Atabank ASC tərəfindən Göyçay Rayon Məhkəməsinin hesabına 34 manat dövlət rüsumu ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 293, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı LPO Atabank ASC Cavabdeh1 və Rəşdiov Rəşid Valeh qızına qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı LPO Atabank tərəfindən **********42 nömrəli xx.xx.2025-ci il tarixli qəbzlə Göyçay rayon məhkəməsinin hesabına ödənilmiş 34 manat dövlət rüsumu iddiaçı LPO Atabank ASC -yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar