Məhkəmə qərarları › İş №e-2(046)-1640/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1640/2022

03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1640/2022 03.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı AccessBank QSC-nin nümayəndəsi X1 və Cavabdeh3 iştirakı ilə, iddiaçı AccessBank QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı AccessBank QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada cəmi 4905.03 manat kredit borcunun və 69.05 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı AccessBank QSC tələbi belə əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən, Cavabdeh3 60 ay müddətinə 10.000 ABŞ dolları kredit xətti açılmışdır. xx.xx.2014-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış kredit razılaşması əsasında Cavabdeh3 24 ay müddətinə, aylıq 2.75 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3900 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 və Cavabdeh1 ilə AccessBank arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2017-ci il tarixdə Cavabdeh3 ilə əlavə saziş bağlanmış, müqavilənin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır Cavabdeh3 banka cəmi 4905.03 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 69.05 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı AccessBank QSC-nin nümayəndəsi iddianı müdafiə edərək tələbin təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh3 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək AccessBank QSC ona qarşı kredit müqaviləsi kredit borcunun qaytarılması tələbi üzrə müddət bitdiyindən, tələbin rədd edilməsini xahiş etmişdir. Eləcə də qeyd edir ki, bankdan krediti öz şəxsi istifadəsi üçün götürmüşdür. Kredit götürən zaman adına VÖEN olmamışdır. İş üzrə digər cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında 60 ay müddətinə 10.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında aylıq 2.75 faiz olmaqla 24 ay müddətinə 3900 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası müddətinin sonu xx.xx.2017-ci il tarixədək dəyişdirilmişdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə öhdəliyin son icra müddəti xx.xx.2017-ci il olduğu əsas götürülərsə, iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış müqavilə xx.xx.2017-ci il tarixədək qüvvədə olmuşdur. İddiaçı tərəf isə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddiaçı AccessBank QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada cəmi 4905.03 manat kredit borcunun və 69.05 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı AccessBank QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada cəmi 4905.03 manat kredit borcunun və 69.05 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar