Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-167/2024 30.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, X6 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 1694 manat 92 qəpik əsas, 27 manat 02 qəpik faiz olmaqla, cəmi 1721 manat 94 qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 37 manat 22 qəpik məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-i ilə X5 arasında xx.xx.2014-cü il tarixli, 5515tkBKX/14 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sonuncuya 84 ay müddətinə illik 26% ödəmək şərtilə 500 manat məbləğində kredit limiti ayrılmışdır. X1 xx.xx.2019-cü il tarixdə vəfat etdiyindən iddiaçı kredit müqaviləsi üzrə yaranmış 1694 manat 92 qəpik əsas, 27 manat 02 qəpik faiz olmaqla, cəmi 1721 manat 94 qəpik borcun, dövlət rüsumu olaraq ödənilmiş 37 manat 22 qəpik məbləğində vəsaitin və dövlət rüsumunun ödənilməsi üçün 0.40 qəpik xidmət haqqının borcalanın vərəsələri - cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC -nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun ödənilməsinə dair ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İş üzrə iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X3 xx.xx.2019-cu ildə vəfat etdikdən sonra adına hər hansı əmlak və yaxud miras əmlak olmadığını, nə o, nə də ailə üzvlərinin qanun üzrə, yaxud vəsiyyət üzrə vərəsəliyin qəbul etmədiyini, həmçinin ərinin "xxxx" Kommersiya Bankı ASC-dən götürdüyü kreditlə bağlı hər hansı məlumatının olmadığını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1308-ci maddəsinə müvafiq olaraq onun və ailə üzvlərinin vərəsə kimi hər hansı mirası qəbul etmədiyindən borcun ödənilməsinin onlara həvalə edilməli olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, 5515tkBKX/14 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC-i tərəfindən X4 84 ay müddətinə illik 25 % olmaqla 500 manat kredit limiti ayrılmışdır. X2 surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Cavabdeh3 və Cavabdeh2 oğlunun etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 Göyçay rayon Notariat Ofisinə ünvanladığı 19 iyul 2019-cu il tarixli ərizədən görünür ki, vərəslər əmlaka qanun üzrə (vəsiyyətnamə məcburi paya) vərəsəlik hüquqi haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Göyçay rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 1000 saylı məktubundan müəyyən edilmişdir ki, mərhum X3 vərəsələri - arvadı Cavabdeh1, oğlu Cavabdeh2, oğlu Cavabdeh3 miras əmlakdan bərabər pay almışlar. Göyçay rayon Notariat ofisi tərəfindən "xxxx" ASC-də X4 məxsus 2198.13 kompensasiya məbləğinə xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Maliyyə arayışından görünür ki, X3 "xxxx" ASC-nə 1694 manat 92 qəpik əsas kredit borcunun, 27 manat 02 qəpik faiz olmaqla, cəmi 1721 manat 94 qəpik kredit borcu qalmışdır. ********** saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 37 manat 22 qəpik dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi, iddiaçı ilə X5 arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəlikllər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müqavilə üzrə borclu vəfat etmişdir. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 miras əmlakından bərabər hissədə pay almışlar. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə ödənilməmiş kredit borcunu cavabdehlərdən (vərəsələrdən) tələb etməkdə haqlıdır. Cavabdeh1 ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, sonuncu öz etirazının əsası kimi istinad etdiyi halları sübüt etməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş yazılı sübutlarla onun etirazda qeyd etdiyi hallar tam təkzib olunmuşdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1694 manat 92 qəpik əsas, 27 manat 02 qəpik faiz olmaqla, cəmi 1721 manat 94 qəpik borc alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 37 manat 22 qəpik dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı cavabdehdən alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nə ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1694 (min altı yüz doxsan dörd) manat 92 (doxsan iki) qəpik əsas, 27 (iyirmi yeddi) manat 02 (iki) qəpik faiz olmaqla, cəmi 1721 (min yeddi yüz iyirmi bir) manat 94 (doxsan dörd) qəpik borc borcun, 37 (otuz yeddi) manat 22 (iyirmi iki) qəpik dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-167/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-167/2024
30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver