Məhkəmə qərarları › İş №e-2(046)-1674/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1674/2025

02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1674/2025 02.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1689 manat 34 qəpik borc olmaqla bundan 1450 manat 42 qəpik məbləğində əsas, 7 manat 77 qəpik faiz borcu, 238 manat 92 qəpik Azərbaycan Respubikası Mülki Məcəlləsinin (bundan sonra “Mülki Məcəllə” adlanacaq) 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan faiz (5%) borcu və iş üzrə ödənilmiş 36 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış 23 sentyabr 2016-cı il tarixli 09-xx-xx-065952 nömrəli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 2205 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə borc verən borc alanı xəbərdar etdikdən 3 iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək borc alanın vəzifəsidir. AZ-İ № 995483 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X4 04 aprel 2019-cu ildə vafat etmiş, xx.xx.2019-cu il tarixli V-466/2019 nömrəli Qanun üzrə X5 Şəhadətnaməyə əsasən Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-M-21- 604/2025 saylı 15 yanvar 2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi borclu tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, borclu ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə X3 Banka 1450 manat 42 qəpik məbləğində əsas, 238 manat 92 qəpik Azərbaycan Respubikası Mülki Məcəlləsinin (bundan sonra “Mülki Məcəllə” adlanacaq) 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan faiz (5%) borcu olmaqla ümumilikdə 1689 manat 34 qəpik məbləğində borcu yaranmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi Nümayəndə ərizə göndərərək iş yükünün çoxluğu ilə əlaqədar nümayəndənin məhkəmə prosesində iştirak edə bilməyəcəyini və işə onların iştirakları olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılmış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əməl edilməklə işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər Notariat Ofisinin xx.xx.2019-cu il tarixli V- 466/2019 nömrəli qanun üzrə X5 şəhadətnamədən görünür ki, X3 vəfatından sonra X2 miras qalmış əmlakdan Cavabdeh 1/1 hissədə pay almalıdır.Şəhadətnamə verilən miras əmlak buraxılış ili 1988 olan VAZ 21061 minik markalı ** BF *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, mərhum X3 adına olan kredit müqaviləsi üzrə vərəsə Cavabdeh öhdəliyin vaxtında icra edilməsi barədə İddiaçı ASC tərəfindən xəbərdar olunmuşdur. İşə əlavə edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə X4 arasında illik 29 faiz olmaqla 60 ay müddətinə 2205 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, X3 İddiaçı ASC-yə cəmi 1689 manat 34 qəpik kredit borcu vardır. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 36 manat məbləğində pul İddiaçı ASC tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa,vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı ASC ilə X4 arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən illik 29 faiz olmaqla 60 ay müddətinə 2205 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. X1 xx.xx.2019-cu il tarixdə vəfat etmiş, X3 vəfatından sonra Cavabdeh miras qalmış əmlakdan qanunla müəyyən edilmiş qaydada imtina etməmiş, mirası qəbul etmişdir. Cavabdeh miras əmlakı qəbul etdiyindən miras qoyan X3 İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşısında kredit müqaviləsi ilə yaranmış öhdəliyin icrasını təmin etməyə borcludur. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə X4 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, kredit müqaviləsi üzrə öhdəlik vaxtında yerinə yetirilmədiyindən, X1nın vəfat etməsindən sonra miras əmlakı qəbul etmiş vərəsə Cavabdeh miras qoyanın borclarını tam ödəməlidir. Məhkəmə nəzərə alır ki, Cavabdeh Mülki Məcəllənin 1307-ci maddəsinin tələblərinə uyğun olaraq miras qoyanın borclarının mirasdan çox olduğunu təsdiq edən sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə X3 yaranmış borcunu İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qaytarmalı, bununla da iddia təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş cəmi 36 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən əsas borc 1450 manat 42 qəpik,7 manat 77 qəpik faiz borcu,238 manat 92 qəpik Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün faiz borcu,cəmi 1689 manat 34 qəpik məbləğində pul tutularaq İddiaçı ASC -nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1450 manat 42 qəpik məbləğində əsas, 7 manat 77 qəpik faiz borcu, 238 manat 92 qəpik Azərbaycan Respubikası Mülki Məcəlləsinin (bundan sonra “Mülki Məcəllə” adlanacaq) 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan faiz (5%) borcu, cəmi 1689 manat 34 qəpik məbləğində pul tutularaq İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. Cavabdeh 36 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar