Məhkəmə qərarları › İş №e-2(046)-1679/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1679/2022

09.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1679/2022 09.12.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh1 iştirakı ilə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maddi ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5143 manat məbləğində dəymiş ziyanın və 74.20 manat dövlət rüsumunun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan X9 1840 markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixli etibarnamə üzrə idarə edən X4 ona daxil olan sifariş üzrə xx.xx.2021-ci il tarixdə müvafiq yükləri Ucar rayonundan təyinat nöqtəsinə daşımaq üzrə Göyçay rayon Hüngütlü kənd ərazisində hərəkətdə olarkən cavabdeh – mülkiyyətçi Cavabdeh2 məxsus və avtomobili idarə etmək hüququ olmadan cavabdeh X3 idarə etdiyi MTZ 80 markalı, 23-T-645 dövlət qeydiyyat nişanlı “Traktor”un qoşqusu qəflətən açılaraq iddiaçının mülkiyyətidə olan avtomobilə çırpılması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində sürücü X4 ciddi bədən xəsarətləri almışdır. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Göyçay rayon X6 X10 tərəfindən xx.xx.1989-cu il təvəllüdlü X5 təqsirli bilinərək, xx.xx.2021-ci il tarixli, AP №0166359 nömrəli protokol əsasında İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və Göyçay rayon Məhkəməsinin 3(046)-514/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilmişdir. Hadisə ilə əlaqədar mülkiyyətimdə olan X9 1840 markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və onun ** ZJ *** dövlət qeydiyyat nişanlı, Koegel markalı tentli furqona dəymiş zərərin müəyyənləşdirilməsi üçün "xxxx" MMC-yə müraciət edilmiş və əldə edilmiş xx.xx.2021-cu il tarixli Qüsur aktına görə nəqliyyat vasitəsinə ümumilikdə 5413 manat miqdarında maddi ziyan dəydiyi aşkarlanmışdır. Ziyanın məbləği AP ******* inzibati xəta haqqında protokolda, habelə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərarda da öz təsdiqini tapmışdır. Bu əsasla cavabdehlərə xx.xx.2022-ci il tarixində 3 iş günü müddətində 5413 manat borc məbləğini tələb etməyi barədə Pretenziya məktubu göndərilmiş və məktub xx.xx.2022-ci il tarixdə cavabdehlərin yaşadığı ünvana çatdırılmışdır. Lakin yazılı və şifahi müraciətlərinə baxmayaraq bu günədək qeyd edilən pul ona ödənilməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 5413 manat məbləğində zərər Cavabdeh2 və X2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. İş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, baş vermiş yolnəqliyyat hadisəsi zamanı onun təqsiri olmamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə digər cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia Cavabdeh2 qarşı qaldırılan hissədə, Cavabdeh1 qarşı qaldırılan hissədə rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş BB 124831 nömrəli X1 vəsiqəsinin surətindən görünür ki, X9 1840 markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Məhkəməyə təqdim edilmiş BB 124826 nömrəli X1 vəsiqəsinin surətindən görünür ki, koegal markalı SN 24 Yarımqoşqu İddiaçı mülkiyyətindədir. Məhkəməyə təqdim edilmiş TF 004248 nömrəli X1 vəsiqəsinin surətindən görünür ki, MTZ 80 markalı, 23-T-645 dövlət qeydiyyat nişanlı Traktor Cavabdeh2 mülkiyyətindədir. Məhkəməyə təqdim edilmiş ANAZ MMC tərəfindən verilmiş xx.xx.2021-ci tarixli aktdan görünür ki, X9 1840 markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə və koegal markalı SN 24 Yarımqoşquya 5413 manat ziyan vurulmuşdur. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Məhkəməsinin 3(046)-514/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, ona 15 gün inzibati həbs təyin edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus X9 1840 markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə və koegal markalı SN 24 Yarımqoşquya Cavabdeh1 idarə etdiyi, Cavabdeh2 məxsus MTZ 80 markalı, 23-T-645 dövlət qeydiyyat nişanlı traktor vasitəsi ilə Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində 5413 manat maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı MTZ 80 markalı, 23-T-645 dövlət qeydiyyat nişanlı traktorun Cavabdeh1 mülkiyyətində və ya qanuni əsaslarla istifadəsində olmasına dair heç bir mötəbər sübut müəyyən edilmədiyindən, iddia tələbi Cavabdeh1 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 74.20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 74.20 manat dövlət rüsumu Cavabdeh2alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 5413 manat məbləğində maddi ziyan və 74.20 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia Cavabdeh1 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şək Apellyasiya Məhkəməsinə Apellyasiya şikayət verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar