Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-169/2024 15.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh oğlunun iştirakı ilə, iddiaçı “X5” ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizələri üzrə mülki işlərin birləşdirilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək X1 ilə bağlanmış xx.xx.2012-cü il tarixli kredit müqaviləsi üzrə 3411.52 manat əsas borcun və 54.12 manat ödənilmiş dövlət rüsumunun vərəsəsi Cavabdeh alınıb "xxxx" ASC-yə hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək X1 ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 421.38 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun vərəsəsi Cavabdeh alınıb "xxxx" ASC-yə hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hər iki mülki işin materiallarını araşdıraraq hesab edir ki, tərəflər, predmet və işlərin növü eyni olduğundan işlərin birləşdirilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə qeyd edir ki, hər iki iş üzrə tərəflər və predmet eyni olduğundan, işlər eyni növlü olduğundan 2(046)-168/2024 nömrəli və 2(046)-169/2024 saylı mülki işlər bir icraatda birləşdirilməli və birləşdirilmiş mülki işə 2(046)-168/2024 nömrə verilməlidir. Məhkəmə iclasında iştirak edən tərəflər məsələyə etiraz etməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: iddiaçı “X5” ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair 2(046)-168/2024 saylı və 2(046)-169/2024 saylı mülki işlər bir icraatda birləşdirilsin və birləşdirilmiş mülki işə 2(046)-168/2024 saylı nömrə verilsin. HAKİM İbrahim Fəttahov MƏHKƏMƏ HAZİRLİQ İCLASİNİN PROTOKOLU Göyçay Rayon Məhkəməsi 07 dekabr 2022-ci il Göyçay şəhəri Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı X2 nümayəndəsi (oğlu) X3 iştirakı ilə, iddiaçı X2 cavabdeh «Azəriqaz» İB-ə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxılır. Sədrlik edən saat 09:35-də məhkəmə iclasını açır və baxılacaq iddia ərizəsini elan edir. Sədrlik edən iclas iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, iddiaçı X2 nümayəndəsi (oğlu) X4 məhkəmə iclasına gəlmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Sədrlik edən məhkəmə bildirişinin cavabdehə çatdırılmasının nəticəsini yoxlayır. Sədrlik edən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinin mümkünlüyü barədə iclas iştirakçısının fikrini aydınlaşdırır. İddiaçının nümayəndəsi: cavabdehin nümayəndəsi iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş edirəm. Sədrlik edən yerində qısa müşavirə edib qərara alır: - cavabdeh «Azəriqaz» İB-in nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilsin. Sədrlik edən məhkəmə iclasına gəlmiş tərəfin şəxsiyyətini müəyyən edir. İddiaçı X2 nümayəndəsi (oğlu) X4: xx.xx.1990-cı ildə Göyçay rayonu Qarabaqqal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay rayonu Qarabaqqal kəndində qeydiyyatda olan və yaşayan Sədrlik edən hakimi və məhkəmə iclas katibini elan edir. Sədrlik edir - hakim Fəttahov İbrahim Bağır oğlu, məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızı Sədrlik edən hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüquqlarını, həmin etirazın edilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19 və 20-ci maddələrində nəzərdə tutulmuş əsasları iclas iştirakçısına izah edir və etirazının olubolmamasını aydınlaşdırır. İddiaçı: Etirazım yoxdur. Sədrlik edən işdə iştirak edən şəxsin Azərbaycan Respublikası MPM-nin 47-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinə dair bildirişi alıb-almaması barədə soruşur. İddiaçının nümayəndəsi: - Hüquq və vəzifələrə dair bildirişi almışam, hüquq və vəzifələrim mənə aydındır, əlavə izaha ehtiyac yoxdur. Sədrlik edən iclas iştirakçısına bütün sübutları təqdim edib-etməməsini və vəsatətinin olub-olmamasını aydınlaşdırır. İddiaçının nümayəndəsi: - Əlavə sübut və vəsatətim yoxdur. Sədrlik edən müşavirə otağına gedir. Sədrlik edən müşavirə otağından qayıdır, mülki işlərin birləşdirilməsi barədə qərardadı elan edir və məhkəmə hazırlıq iclası 09 fevral 2023-cü il tarixinə saat 09:45-a təxirə salındığını bildirir. Məhkəmə hazırlıq iclası saat 09:50-də bağlı elan olunur. Protokol 07 dekabr 2022-ci il tarixdə tərtib edildi. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №e-2(046)-169/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-169/2024
15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver