Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-17/2025 15.01.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X9, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X15, Cavabdeh3 və Cavabdeh2 "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli 1335micİSML/13-EM saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 2006micİSML/15 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 6504 manat 80 qəpik, faiz borcu üzrə 2060 manat 30 qəpik, cərimə borcu üzrə 1543 manat 09 qəpik, məhkəmə rüsumu üzrə 19 manat 03 qəpik, cəmi 10127 manat 22 qəpik borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 120 manat 33 qəpik, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 51 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən, 0.10 ha torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər X15, Cavabdeh3 və Cavabdeh2 "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli 1335micİSML/13-EM saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 2006micİSML/15 saylı saylı əlavə kredit müqaviləsi üzrə cəmi 10127 manat 22 qəpik borcun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 120 manat 33 qəpik, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 51 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən, 0.10 ha torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 20.000 (iyirmi min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən, 0.10 ha torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X15 və Cavabdeh2 çıxarılmaqla boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə borclu X8 arasında xx.xx.2013-cü il tarixli 1335micİSML/13-EM saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 2006micİSML/15 saylı saylı əlavə kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə xx.xx.2018-cü il tarixinədək illik 27% ödəmək şərtilə, 6755 (altı min yeddi yüz əlli beş) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1335micİSMLİ/14 saylı ipoteka müqaviləsinə əsasən X3 mülkiyyətində olan Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən, 0.10 ha torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evi "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsində **********99-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X8 xx.xx.2017-ci il tarixində verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Bununla əlaqədar Göyçay rayon notariat ofisində vərəsəlik işi açılmış, X10, Cavabdeh3 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və vərəsə kimi tanınmışdır. X3 xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən 2006micİSML/15 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 6504 manat 80 qəpik, faiz borcu üzrə 2060 manat 30 qəpik, cərimə borcu üzrə 1543 manat 09 qəpik, məhkəmə rüsumu üzrə 19 manat 03 qəpik, cəmi 10127 manat 22 qəpik təşkil edir. xx.xx.2014-cü il tarixli, 1335micİSMLİ/14 saylıi poteka müqaviləsinə əsasən Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən, 0.10 ha torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.4-cü bəndinə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən 20.000 (iyirmi min) manat məbləğində qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz borcları iddiaçının xeyrinə tutulmalı, öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, əsas kredit müqaviləsinin icrasının təminat üsulu kimi çıxış edən əmlak boşaldılmalı, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına borclunun iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz borcu, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədarçəkilmiş məhkəmə xərcləri ödənilməlidir. Məhkəmə iclasında iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X16 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, "xxxx" Kommersiya Bankı ASC ilə atası Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən, bank tərəfindən atasına 8000 manat kredit verilmişdir. Atası kredit alarkən Rövşən adlı şəxs atasına zamin olmudur. Bank tərəfindən verilmiş kreditdən 4000 manat ödəniş etmişdir. Sonradan atasının maddi imkanı olmadığından ödəniş etməmişdir. "xxxx" Kommersiya Bankı AS-nin əməkdaşları atasını banka dəvət edərək, kredit ödənişini aşağı məbləğlə edəcəyini və müddətini artıracağını deyərək, sənədlərə imza etdirmişlər. Bank tərəfindən atasına əsassız borc hesablamışlar. X2 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. "xxxx" Kommersiya Bankı ASC ilə atası arasında sığorta müqaviləsi olduğundan kredit müqaviləsi üzrə borc sığorta şirkəti tərəfindən ödənilməlidir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli 1335micİSML/13-EM saylı əsas kredit və bank hesabı müqaviləsindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC ilə X8 arasında bağlanmış əsas kredit müqaviləsinə əsasən, borcverən borcalana 10000 (on min manat) manat məbləğində 60 (altmış) ay müddətinə ( 07 10.2018-ci il tarixinədək) bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlamaqla kredit verir və ona bank hesabı (cari, ssuda) açır. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Göyçay rayonun Qarabaqqal kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 70.9 kv.m yaşayış, 11.1 kv.m yardımçı, 82 kv.m ümumi sahədən ibarət olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi X5 adına daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2014-cü il tarixli, 1335micİSMLİ/14 saylı ipoteka müqaviləsindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC ilə X8 arasında ipoteka müqaviləsi bağlanmış, X8 mülkiyyət hüququ ilə ona məxsus olan Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən, 0.10 ha torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evini öhdəliyin icrasının təminatı kimi ipotekaya qoymuşdur. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə ipoteka qoyan müqavilənin 1.2-ci maddəsində nəzərdə tutulmuş Əsas Kredit müqaviləsi üzrə və Əsas Kredit Müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə müqavilələri üzrə Borcalanın öhdəliklərinin təminatı olaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixində 20 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində, reyestr nömrəsi **********99-10301, qeydiyyat nömrəsi **********, qeydiyyata alınmış, RX sertiyalı ******* N-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrdən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X6 məxsus olan və ipoteka kimi çıxış edən Göyçay rayonu, Qarabaqqal kəndində 0.10 ha torpaq sahəsi və həmin sahədə yerləşən, ümumi sahısi 82 kv.m olan fərdi yaşayış evini ipoteka saxlayana ipoteka qoyur. Əmlakın ipoteka qoyulmasına razılıq verilməsi haqqında 26 sentyabr 2014-cü il tarixli ərizələrdən görünür ki, Cavabdeh2 və X15, X3 mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 82 kv.m olan fərdi yaşayış evinin "xxxx" Kommersiya Bankı ASCnə ipoteka qoyulmasına razılıq vermiş, həmin evə və onun yerləşdiyi torpaq sahəsinə tutma yönəldildikdə və o satıldıqda tərk etməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, "xxxx" Kommersiya Bankı ASC Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,10 ha torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, X7 məxsus Göyçay rayonun Qarabaqqal kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış sahəsi 70.9 kv.m, yardımçı sahəsi 11.1 kv.m, ümumi sahəsi 82 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində xx.xx.2014-cü ildə qeydiyyata alınmışdır. xx.xx.2015-ci il tarixli 2006micİSML/15 saylı saylı əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC ilə X8 arasında bağlanmış əlavə kredit müqaviləsinə əsasən, X6 36 ay müddətinə xx.xx.2018-cü il tarixinədək illik 27% ödəmək şərtilə, 6755 (altı min yeddi yüz əlli beş) manat məbləğində kredit verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2017 ci il tarixdə vəfat etmiş X3 vəfatından sonra miras qalmış Göyçay rayon Qarabaqqal kəndində yerləşən torpaq sahəsinə Göyçay rayon Qarabaqqal kəndində yaşayan arvadı X10, qızı Cavabdeh3 və oğlu Cavabdeh2 Xaniar oğluna Göyçay rayon notariat ofisi tərəfindən xx.xx.2023 ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qanuni vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş-X3 vərəsələri: Göyçay rayon Qarabaqqal kəndində yaşayan arvadı X15, Göyçay rayon Qarabaqqal kəndində yaşayan qızı Cavabdeh3, Göyçay rayon Qarabaqqal kəndində yaşayan oğlu Cavabdeh2dur və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ucar Ərazi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X6 verilmiş **********94 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Göyçay rayon Qarabaqqal kəndində yerləşən ümumi sahəsi 0.273 ha olan torpaq sahəsinin X6 məxsus olan payından ibarətdir. Cavabdehlərə göndərilmiş mübahisənin məhkəməyə qədər nizama salınması barədə pretenziyadan görünür ki, 6504 manat 80 qəpik əsas, 2060 manat 33 qəpik faiz və 1543 manat 09 qəpik cərimə, 19 manat 03 qəpik məhkəməyə rüsum olmaqla, cəmi 10127 manat 22 qəpik məbləğin cavabdehlərə ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət olunaraq, borcdan əlavə məhkəmə xərclərinin tutulması bildirilmişdir. 18 dekabr 2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən cavabdehlər X10, Cavabdeh2 və Cavabdeh3 bildiriş göndərilərək, «İpoteka haqqında» AR Qanunun 34 və 36-cı maddələrinə əsasən bank qarşısında öhdəliyin icra edilmədiyi və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını təmin etmək üçün ipoteka predmeti olan Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən, 0.10 ha torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldiləcəyi bildirilmişdir. Mənzilin qiymətləndirilməsi barədə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X1 mülkiyyətində olmuş, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 20 iyun 2024-cü il tarixinə likvid dəyəri 25.000 manat qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə – mühasibat ekspertizasının 01 noyabr 2024-cü il tarixli, 9/7045 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2013-cü il tarixli, 1335 miclSML/13-EM saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 2006miclSML/15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq X4 "xxxx" Kommersiya Bankı ASC-nə borcu xx.xx.2018-ci il tarixinə 6504.95 manat əsas, 4895.32 manat faiz, xx.xx.2023-cü il tarixə borcu 6504.95 manat əsas, 4895.32 manat faiz, 1702.13 manat faiz borcu 5 faizlə müəyyən olunur. Maliyyə arayışından görünür ki, X3 banka 11 dekabr 2023-cü il tarixinə borcu 6504 manat 80 qəpik əsas, 2060 manat 30 qəpik faiz, 1543 manat 09 qəpik cərimə, məhkəmə rüsumu üzrə 19 manat 03 qəpik, cəmi 10127 manat 22 qəpik təşkil edir. Dövlət rüsumunun təsdiq edilməsi barədə bildirişdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün cəmi 51 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki iddia ərizəsinin verilməsi üçün 120.33 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödənilmişdir Əsaslandırıcı hissə: Mübahisəli hüquq münasibətlərinin yarandığı zamanı qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləq borcluya qaytarılmalıdır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci mddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: "xxxx" Kommersiya Bankı ASC ilə X8 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1335micİSML/13-EM saylı əsas kredit və bank hesabı müqaviləsinə əsasən, borcverən borcalana 10000 (on min manat) manat məbləğində 60 (altmış) ay müddətinə, xx.xx.2018ci il (tarixinədək müddət ərzində, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlamaqla kredit verir və ona bank hesabı (cari, ssuda) açır. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" Kommersiya Bankı ASC ilə X8 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1335micİSMLİ/14 saylı ipoteka müqaviləsinə əsasən, X8 mülkiyyət hüququ ilə ona məxsus olan Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən, 0.10 ha torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evini öhdəliyin icrasının təminatı kimi ipotekaya qoymuşdur. "xxxx" Kommersiya Bankı ASC ilə X8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2006micİSML/15 saylı saylı əlavə kredit müqaviləsinə görə X6 36 ay müddətinə xx.xx.2018-cü il tarixinədək illik 27% ödəmək şərtilə, 6755 (altı min yeddi yüz əlli beş) manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müqavilə üzrə borclu xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 miras əmlakından pay almışlar. Cavabdehlər kredit borcunu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışlar. Buna görə də iddiaçı kredit borcunu cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, "xxxx" Kommersiya Bankı ASC ilə mərhum X8 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, borclu vəfat etmiş və cavabdehlər qanun üzrə vərəsəlik hüququ əldə etmişlər. Cavabdehlər üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da iddiaçının əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2015-ci il tarixli 2006micİSML/15 saylı saylı əlavə kredit müqaviləsi üzrə borcu iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nə qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 106.2-cı maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasından iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. İddiaçı cavabdehin borclu olması barədə məhkəməyə sübut təqdim etmişdir. Cavabdeh2 vəsatəti əsasında ekspertiza təyin edilmiş, ekspertiza nəticəsində cavabdehlərin iddiaçıya müqavilənin bitdiyi tarixə (xx.xx.2018-ci il tarixinə) və maliyyə arayışında göstərilən tarixə (xx.xx.2023-cü il tarixinə) borcu 6504.95 manat əsas, 4895.32 manat faiz borcu olması təsdiq olunmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, əsas və faiz borc iddiaçının tələb etdiyi məbləğdə, yəni 6504.80 manat əsas borc, 2060.30 manat faiz borcu cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Göründüyü kimi kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehlərdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə, hesablanmış cərimə məbləğinin yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 150 manat məbləğində müəyyən edilməlidir. İddianın məhkəmə rüsumu üzrə 19.03 manat məbləğində pulun tələb edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin məbləğin iddiaçı tərəfindən ödənilməsini təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı "xxxx" Kommersiya Bankı ASC pulun alınması barədə tələbi ipoteka ilə yüklü edilmiş Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evinə yönəldilməsi ilə ödənilməsini tələb etdiyindən, ipoteka predmeti açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin "xxxx" Kommersiya Bankı ASC -nə olan borcu ödənilməli, İpoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına cavabdehlərin iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsi cavabdehlər Cavabdeh1, X17, Cavabdeh3 qaytarılmalıdır. X1 mülkiyyətində olmuş, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 20 iyun 2024-cü il tarixinə likvid dəyəri Uniprice» MMC-nin xx.xx.2024-cü il tarixli rəyinə görə 25.000 manat qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununa görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməli olduğundan, ipoteka predmetinin ilkin satış qiyməti 25000 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, X13, Cavabdeh3 müştərək qaydada 6504.80 manat əsas borc, 2060.30 manat faiz borcu, 150 manat cərimə, cəmi 8715.10 manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASCnə ödənilməli, tələb ipoteka predmeti olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmeti 25000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin "xxxx" Kommersiya Bankı ASC-nə olan borcu ödənilməli, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına cavabdehlərin iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsi cavabdehlər Cavabdeh1, X13, Cavabdeh3 qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki. iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 120 manat 33 qəpik və bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 51 manat pul cavabdehlər Cavabdeh1, X13, Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nə verilməlidir. Cavabdehlər Cavabdeh1, X13, Cavabdeh3 müşətərək qaydada əmlakın qiymətləndirilməsinin xidmət haqqı 200 manat alınaraq "xxxx" MMC-nə verilməli, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1, X13, Cavabdeh3 müşətərk qaydada alınaraq dövlət nəfinə verilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, X17, Cavabdeh3 müştərək qaydada 6504.80 (altı min beş yüz dörd manat səksən qəpik) manat əsas borc, 2060.30 (iki min altmış mana otuz qəpik) manat faiz borcu, 150 (yüz əlli) manat cərimə, cəmi 8715.10 (səkkiz min yeddi yüz on beş manat on qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 120.33 (yüz iyirmi manat otuz üç qəpik) manat dövlət rüsumunun əvəzi və 51 (əlli bir) manat bildirişin qeydə alınması ilə bağlı xidmət haqqı tutularaq iddiaçı “Unibank KM" ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti 25000 (iyirmi beş min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin “Unibank KM" ASC -yə olan borcu ödənilsin. İpoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına cavabdehlərin iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsi cavabdehlər Cavabdeh1, X17, Cavabdeh3 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1, X13, Cavabdeh3 müşətərk qaydada əmlakın qiymətləndirilməsinin xidmət haqqı 200 (iki yüz) manat alınaraq "xxxx" MMC-nə verilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, X13, Cavabdeh3 müşətərk qaydada alınaraq dövlət nəfinə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-17/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-17/2025
15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver