Məhkəmə qərarları › İş №e-2(046)-1717/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1717/2022

02.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1717/2022 02.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu İddiaçı ASC-nin Cavabdeh qızına qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qızından 15 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1579.15 manat əsas, 705.36 manat faiz borcu olmaqla, cəmi 2284.51 manat kredit borcunun, eləcə də digər 27 sentyabr 2021-cu il tarixli kredit müqaviləsi üzrə 1922.80 manat əsas, 547.32 manat faiz borcu olmaqla, cəmi 2470.12 manat kredit borcunun, ümumilikdə hər iki müqavilə üzrə 4754.63 manat kredit borcunun, 67.55 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı ASC tələbi belə əsaslandırmışdır ki, Cavabdeh qızı ilə İddiaçı ASC arasında 15 avqust 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh qızına 36 ay müddətinə illik 24.50 faiz olmaqla 5000 manat kredit, 27 sentyabr 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 28 faiz olmaqla 2117 manat məbləğlərində kredit verilmişdir. Cavabdeh qızı kredit müqavilələrinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh qızının 20 iyun 2022-ci il tarixinə hə iki müqavilə üzrə banka cəmi 4754.63 manat kredit borcu vardır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 67.55 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair əsaslandırılmış etirazın, ona dair dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə cavabdehə bildiriş göndərilsə də, o, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 15 avqust 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh qızı arasında 36 ay müddətinə illik 24.50 faiz olmaqla, 5000 manat kredit verilməsi barədə müqavilələr bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 27 sentyabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh qızı arasında 18 ay müddətinə illik 28 faiz olmaqla, 2117 manat kredit verilməsi barədə müqavilələr bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 20 iyun 2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh qızının 15 avqust 2019-cu il tarixli kredit müqavilələri üzrə banka 20 iyun 2022-ci il tarixə 1579.15 manat əsas, 705.36 manat faiz borcu olmaqla, cəmi 2284.51 manat kredit borcunun, eləcə də 27 sentyabr 2021-cu il tarixli kredit müqaviləsi üzrə 1922.80 manat əsas, 547.32 manat faiz borcu olmaqla, cəmi 2470.12 manat kredit borcunun, ümumilikdə hər iki müqavilə üzrə 4754.63 manat kredit borcu vardır. Cavabdeh qızı bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilələr üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehdən tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 67.55 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPMnın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 67.55 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddiası təmin edilməli, Cavabdeh qızından 15 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1579.15 əsas, 705.36 manat faiz borcu olmaqla, cəmi 2284.51 manat kredit borcunun, 27 sentyabr 2021-cu il tarixli kredit müqaviləsi üzrə 1922.80 manat əsas, 547.32 manat faiz borcu olmaqla, cəmi 2470.12 manat kredit borcunun, ümumilikdə hər iki müqavilə üzrə 4754.63 manat kredit borcunun, 67.55 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqı tutularaq İddiaçı ASC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh qızından 27 sentyabr 2021-cu il tarixli kredit müqaviləsi üzrə 1579.15 əsas, 705.36 manat faiz borcu olmaqla, cəmi 2284.51 manat kredit borcu, 27 sentyabr 2021-cu il tarixli kredit müqaviləsi üzrə 1922.80 manat əsas, 547.32 manat faiz borcu olmaqla, cəmi 2470.12 manat kredit borcu, ümumilikdə hər iki müqavilə üzrə 4754.63 manat kredit borcu, 67.55 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqı tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar