Məhkəmə qərarları › İş №e-2(046)-1724/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1724/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1724/2022 15.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Finoko BOKT ASCnin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Finoko BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2731.48 manat əsas kredit borcunun, 265.01 manat faiz borcunun, 380 manat cərimə borcu olmaqla, cəmi 3376.49 manat kredit borcunun və ödənilmiş 53.77 manat dövlət rüsumunun tutulması tutmanın Cavabdeh3 məxsus girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı BOKT ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh3 arasında bağlanmışxx.xx.2021-ci il tariхli, 2021/00001EG-1236 №-li İstehlak Krеditi Müqaviləsinəəsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 5000 manat məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tariхli, 2021/00001EG-Z1236 №-li Zaminlik müqaviləsi bağlanmışdır. Krеdit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq İddiaçı BOKTASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tariхli, 2021/00001EG-Z1236 №-li Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı kimi İddiaçı BOKTASC ilə Cavabdeh3 arasındaxx.xx.2021- ci il tariхli, 2021/00001EG-1236 №-li Girov Müqaviləsi bağlanmış, Cavabdeh3 özünə məxsus 3 ədəd 17.20 qram, 583 əyarlı, likvid dəyəri 911.60 manat olan sep 2 ədəd 4.50 qram, 583 əyarlı, likvid dəyəri 238.50 manat olan komplekt (sırğa üzük) girov qoymuşdur.Tərəflər arasında tərtib edilmiş ödəniş cədvəlinə əsasən, kreditin və kredit faizlərinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması müddətləri və qaydası müəyyən edilmişdir. Cavadeh kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi və yazılı surətdə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə şərtlərini pozaraq faiz və əsas borcdan ödəmələri vaxtında yerinə yetirməmişdir. Buna görə də iddiaçının kredit borcunun girov qoyulmuş cavabdehə məxsus əmlaklara yönəldilməsi hüququ yaranmışdır. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərkən 53.77 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Finoko BOKT ASC-nin Göyçay filialı ilə Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh3 24 ay müddətinə illik 36% olmaqla 5000 manat məbləğində kredit verlmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı BOKT ASC ilə Mə Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli girov müqaviləsindən görünür ki, Finoko BOKT ASC ilə Cavabdeh3 arasında girov müqaviləsi bağlanmış, Cavabdeh3 3 ədəd 17.20 qram, 583 əyarlı, likvid dəyəri 911.60 manat olan sep 2 ədəd 4.50 qram, 583 əyarlı, likvid dəyəri 238.50 manat olan komplekt (sırğa üzük) müqavilə üzrə borcun təminatı kimi Finoko BOKT ASC-yə girov qoymuşdur. Təqdim edilmiş sübutlardan görünür ki, Finoko BOKT ASC ilə Cavabdeh3 arasında illik 24 ay müddətinə illik 36% olmaqla 500 manat kredit verilməsi barədə müqavilə bağlanmış, Cavabdeh3 arasında öhdəliyin icrasının təmini qaydasında girov müqaviləsi bağlanmış, cavabdeh özünə məxsus qızıl-zinət əşyalarını girov qoymuşdur. Eləcə də müqavilənin təminatı kimi cavabdehlər Cavabdeh1, Cavabdeh2 bankla zaminlik müqaviləsi bağlamış, Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini icrası üçün zamin durmuşlar. Cavabdeh3 oğlu bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu kredit borcunu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən tələb etməyə və kredit borcunun girov predmentinə yönəldilməsinə tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı BOKT ASC-nin cavabdehlərdən müqavilə üzrə 380 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 5 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. İddiaçı məhkəməyə müraciət etdiyi zaman 57.33 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 57.33 manat dövlət rüsumunun 50.01 manatı cavabdehlərə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Finoko BOKT ASC-nin tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2731.48 manat əsas kredit borcunun, 265.01 manat faiz borcunun, 05 manat cərimə borcu olmaqla, cəmi 3001.49 manat kredit borcu və 50.01 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalı, tutma Cavabdeh3 tərəfindən banka girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2731.48 manat əsas kredit borcunun, 265.01 manat faiz borcunun, 05 manat cərimə borcu olmaqla, cəmi 3001.49 manat kredit borcu və 50.01 manat məbləğində dövlət rüsumu tutularaq Finoko BOKT ASC-nin hesabına ödənilsin. Cavabdeh3 iddiaçıya olan kredit borcu bank qarşısında girov qoyulmuş Cavabdeh3 məxsus 3 ədəd 17.20 qram, 583 əyarlı, likvid dəyəri 911.60 manat olan sep 2 ədəd 4.50 qram, 583 əyarlı, likvid dəyəri 238.50 manat olan komplekt (sırğa üzük) qızıl-zinət əşyalarına yönəldilsin. Girov predmeti olan qızıl-zinət əşyaları açıq hərracda satılaraq əldə edilmiş məbləğdən Cavabdeh3 Finoko BOKT ASC-yə kredit borcu ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar