Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1779/2024 19.11.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC BOKT kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas borc 1032 manat 54 qəpik, faiz borcu 2 manat 25 qəpik, cəmi 1034 manat 79 qəpik borcun və ödənilmiş 30 manat 34 qəpik dövlət rüsumunun tutularaq iddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə araşdırma zərurəti yarandığından mülki iş iddia icraatı qaydasına keçirilmişdir. Məhkəmə hazırlıq iclası 21 oktyabr 2024-cü il tarixə saat 12:00-a təyin edilmiş, məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş məhkəmə bildirişi zərfin üzərində köçüb qeydi ilə geri qaytarılmış,İddiaçı QSC BOKT-nın nümayəndəsi məhkəmənin hazırlıq iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılması mümkün olmadığından məhkəmə hazırlıq iclası 19 noyabr 2024-cü il tarixə, saat 11:00-a təxirə salınmışdır. Lakin 19 noyabr 2024-cü il tarixə saat 11:00-a təxirə salınmış məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq,iddiaçının nümayəndəsi təkrarən məhkəmənin hazırlıq iclasına gəlməmiş,işə onun iştirarı olmadan baxılmasını xahiş etməmiş,Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş məhkəmə bildirişi zərfin üzərində köçüb qeydi ilə geri qaytarılmış, tərəflər təkrarən məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 2-ci bəndinə görə məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, tərəflər təkrarən məhkəmə hazırlıq iclasına gəlmədiyindən və işə onların iştirakı olmadan baxılması barədə vəsatətləri məhkəməyə daxil olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizənin verilməsi ilə əlaqədar İddiaçı QSC BOKT tərəfindən 30 manat 34 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı QSC BOKT tərəfindən ödənilmiş 30 manat 34 qəpik dövlət rüsumu qaytarılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-1779/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1779/2024
19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver