Məhkəmə qərarları › İş №e-2(046)-1789/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1789/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1789/2022 05.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xeyrinə xx.xx.2021-ci il tarixli saylı kredit müqaviləsinə əsasən 312.74 manat əsas kredit borcu, 73.82 manat faiz borcu olmaqla, cəmi 386.56 manat kredit borcu, xx.xx.2021-ci il tarixli saylı kredit müqaviləsinə əsasən 39.72 manat əsas kredit borcu, 6.10 manat faiz borcu olmaqla, cəmi 45.82 manat kredit borcu xx.xx.2021-ci il tarixli saylı kredit müqaviləsinə əsasən 48.47 manat əsas kredit borcu, 14.11 manat faiz borcu olmaqla, cəmi 62.58 manat kredit borcu, xx.xx.2021-ci il tarixli saylı kredit müqaviləsinə əsasən 49.72 manat əsas kredit borcu, 14.13 manat faiz borcu olmaqla, cəmi 63.85 manat kredit borcu, xx.xx.2021ci il tarixli kredit müqaviləsinə əsasən 83.42 manat əsas kredit borcu, 17.37 manat faiz borcu olmaqla, cəmi 100.79 manat kredit borcunun, ümumilikdə hər beş müqavilə üzrə 659.60 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı ASC tələbi belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasındaelektron qaydada bağlanmış xx.xx.2021-cı il tarixli MPZK4038248A299 saylı Kredit və Hesab müqaviləsinə əsasən onun kartına müddəti 18 ay, illik faiz dərəcəsi 26, məbləği 637 AZN olan kredit vəsaiti, xx.xx.2021-cı il tarixli MPZK4038171A299 saylı Kredit və Hesab müqaviləsinə əsasən müddəti 4 ay, illik faiz dərəcəsi 23, məbləği 55 AZN olan kredit vəsaiti, xx.xx.2021-cı il tarixli MPZK4095054A299 saylı Kredit və Hesab müqaviləsinə əsasən 12 ay, illik faiz dərəcəsi 23, məbləği 74 AZN olan kredit vəsaiti, xx.xx.2021-cı il tarixli MPZK4096322A299 saylı Kredit və Hesab müqaviləsinə əsasən müddəti 16 ay, illik faiz dərəcəsi 26, məbləği 132 AZN olan kredit vəsaiti, xx.xx.2021-cı il tarixli MPZK4109016A299 saylı Kredit və Hesab müqaviləsinə əsasən müddəti 12 ay, illik faiz dərəcəsi 23, məbləği 93 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. Daha dəqiq desək kreditlər nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə MPZK4038248A299 saylı Kredit və Hesab müqaviləsinə əsasən 312,74 AZN əsas; 73,82 AZN faiz; MPZK4038171A299 saylı Kredit və Hesab müqaviləsinə əsasən 39,72 AZN əsas; 6,10 AZN faiz, MPZK4095054A299 saylı Kredit və Hesab müqaviləsinə əsasən 48,47 AZN əsas; 14,11 AZN faiz, MPZK4096322A299 saylı Kredit və Hesab müqaviləsinə əsasən 49,72 AZN əsas; 14,13 AZN faiz, MPZK4109016A299 saylı Kredit və Hesab müqaviləsinə əsasən 83,42 AZN əsas; 17,37 AZN faiz borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair əsaslandırılmış etirazın, ona dair dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə cavabdehə bildiriş göndərilsə də, o, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-cı il tarixli MPZK4038248A299 saylı Kredit və Hesab müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh kartına, müddəti 18 ay, illik faiz dərəcəsi 26, məbləği 637 manat olan kredit vəsaitinin mədaxil edilməsi barədə elektron müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-cı il tarixli MPZK4038171A299 saylı Kredit və Hesab müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh kartına, müddəti 4 ay, illik faiz dərəcəsi 23, məbləği 55 manat olan kredit vəsaitinin mədaxil edilməsi barədə elektron müqavilə imzalanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-cı il tarixli MPZK4095054A299 saylı Kredit və Hesab müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh kartına, müddəti 12 ay, illik faiz dərəcəsi 23, məbləği manat olan kredit vəsaitinin mədaxil edilməsi barədə elektron müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-cı il tarixli MPZK4096322A299 saylı Kredit və Hesab müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh kartına, müddəti 16 ay, illik faiz dərəcəsi 26, məbləği 132 manat olan kredit vəsaitinin mədaxil edilməsi barədə elektron müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-cı il tarixli MPZK4109016A299 saylı Kredit və Hesab müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh kartına, müddəti 12 ay, illik faiz dərəcəsi 23, məbləği 93 manat olan kredit vəsaitinin mədaxil edilməsi barədə elektron müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixə tərtib olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2022-ci il tarixə müqavilələr üzrə ümumilikdə 659.60 manat kredit borcu vardır. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilələr üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehdən tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “müvafiq qaydada imzalanma” tərəflərin müqaviləni şəxsən, mexaniki və ya başqa sürətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimeldən, elektron imzadan istifadə etməklə imzalanmasıdır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddiası təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli saylı kredit müqaviləsinə əsasən 312.74 manat əsas kredit borcu, 73.82 manat faiz borcu olmaqla, cəmi 386.56 manat kredit borcu, xx.xx.2021-ci il tarixli saylı kredit müqaviləsinə əsasən 39.72 manat əsas kredit borcu, 6.10 manat faiz borcu olmaqla, cəmi 45.82 manat kredit borcu xx.xx.2021-ci il tarixli saylı kredit müqaviləsinə əsasən 48.47 manat əsas kredit borcu, 14.11 manat faiz borcu olmaqla, cəmi 62.58 manat kredit borcu, xx.xx.2021-ci il tarixli saylı kredit müqaviləsinə əsasən 49.72 manat əsas kredit borcu, 14.13 manat faiz borcu olmaqla, cəmi 63.85 manat kredit borcu, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 83.42 manat əsas kredit borcu, 17.37 manat faiz borcu olmaqla, cəmi 100.79 manat kredit borcunun, ümumilikdə hər beş müqavilə üzrə 659.60 manat kredit borcunun və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli saylı kredit müqaviləsinə əsasən 312.74 manat əsas kredit borcu, 73.82 manat faiz borcu olmaqla, cəmi 386.56 manat kredit borcu, xx.xx.2021-ci il tarixli saylı kredit müqaviləsinə əsasən 39.72 manat əsas kredit borcu, 6.10 manat faiz borcu olmaqla, cəmi 45.82 manat kredit borcu xx.xx.2021-ci il tarixli saylı kredit müqaviləsinə əsasən 48.47 manat əsas kredit borcu, 14.11 manat faiz borcu olmaqla, cəmi 62.58 manat kredit borcu, xx.xx.2021-ci il tarixli saylı kredit müqaviləsinə əsasən 49.72 manat əsas kredit borcu, 14.13 manat faiz borcu olmaqla, cəmi 63.85 manat kredit borcu, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 83.42 manat əsas kredit borcu, 17.37 manat faiz borcu olmaqla, cəmi 100.79 manat kredit borcunun, ümumilikdə hər beş müqavilə üzrə 659.60 manat və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar