Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1981/2024 20.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızı, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəyə baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 cəmi 1392,16 manat, bundan 1332,84 manat əsas borc, 59,30 manat faiz borc, 0,02 manat cərimə borcu və iş üzrə ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumunun müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “AZEMİS”-in şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı,adı,atasının adı, yaşayış yeri (həm faktiki,həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri,o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN,əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin,xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə,yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır.Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC (prosessual hüquq qabiliyyəti xətm edilmiş) vəfat etmiş şəxs Cavabdeh1 qarşı iddia ərizəsi verdiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə birlikdə geri qaytarılmalı,iddiaçıya izah olunmalıdır ki, əgər mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə,ölmüş şəxsin hüquqi varisini müəyyən edərək ona qarşı iddia qaldırmaq hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 34 manat dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, **********42 saylı qəbz) iddiaçı ləğv prosesində olan İddiaçı ASC -nə qaytarılsın. İddiaçıya izah olunsun ki, əgər mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə,ölmüş şəxsin hüquqi varisinə qarşı iddia qaldırmaq hüququna malikdir Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-1981/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1981/2024
20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver