Məhkəmə qərarları › İş №e-2(046)-2001/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-2001/2024

20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-2001/2024 20.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizəni nəzərdən keçirərək məhkəmə MÜƏYYƏNETDİ: LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə borcun və ödənilmiş 33 manat dövlət rüsumu alınaraq LPO İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, E-məhkəmə sistemi çıxarışından ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, vəfat etmiş şəxsə məhkəmə bildirişi, iddia ərizəsinin surətini göndərmək və ondan iddiaya qarşı çəkişmə prinsipinə əməl etməklə etirazını bildirməsi barədə hüquq və vəzifələrini izah etmək mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 284-3.2.2.-ci maddəsinə əsasən iddiaçı ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); göstərməlidir. Azərbaycan Respublikası MPM-nin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı LPO İddiaçı ASC tərəfindən ödənilmiş 33 manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 284cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı LPO İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixli, **********55 nömrəli qəbzə əsasən ödənilmiş 33 manat dövlət rüsumu geri qaytarılsın. İddiaçı LPO İddiaçı ASC-yə Cavabdeh1 hüquqi varisi müəyyən edildikdən sonra məhkəməyə müraciət edə biləcəyi izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar