Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-2008/2021 27.09.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ümumilikdə 436.90 manat kredit borcunun və ödənilmiş 20 manat dövlət rüsumunun "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, E-Məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh 17.10.2020-ci il tarixdə vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının bir il bundan əvvəl vəfat etmiş şəxsə qarşı məhkəmədə iddia qaldırması tam anlaşılmazdır. Ona görə ki, vəfat etmiş şəxsə məhkəmə bildirişi, iddia ərizəsinin surətini göndərmək və ondan iddiaya qarşı çəkişmə prinsipinə əməl etməklə etirazını bildirməsi barədə hüquq və vəzifələrini izah etmək mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanlarını göstərməlidir. İddiaçı iddia ərizəsində Cavabdeh Göyçay rayonunun 2-ci Ərəbcəbirli kəndində yaşadığını qeyd etmiş, lakin cavabdeh X2 2019-cu ilin fevral ayında yəni 2 il 7 ay əvvəl vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 150, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: İddiaçı "xxxx" MMC-nin vəfat etmiş Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" MMC-yə Cavabdeh hüquqi varisi müəyyən edildikdən sonra məhkəməyə müraciət edə biləcəyi hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Famil Nəsibov
Məhkəmə qərarları › İş №e-2(046)-2008/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-2008/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver