Məhkəmə qərarları › İş №e-2(046)-2057/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-2057/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2057/2023 20.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-i Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 735 manat 22 qəpik əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli qərardad ilə iddiaçı Rabitəbank» ASC-nin Cavabdeh qarşı borcun ödənilməsinə dair ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində “Kartmane-debit kart” müqaviləsi bağlanmışdır. Müqavilənin icra olunması üçün bank tərəfindən cavabdehə bank kartı verilmiş və **********0944-574285 saylı kart hesabı açılmışdır. Müştəri xx.xx.2022-ci il tarixində sistemdə olan texniki nasazlıq üzündən vəsaitlər artıq oturmuşdur. xx.xx.2022-ci il tarixində isə artıq oturmuş 750 manat vəsait silinmişdir. Müştəri artıq vəsaiti istifadə etdiyindən 735 manat 22 qəpik overdraft borcu yaranmışdır. Bankın “Nizami” filialı tərəfindən cavabdehə bu barədə xx.xx.2023-cü il tarixli, xx-xx/2236 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh bu günədək banka məxsus olan 735 manat 22 qəpik pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə ,cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurur. Mülki Məcəllənin hazırki maddələrindən də göründüyü kimi, cavabdeh hazırki vəziyyətdə banka zərər vurub və əsassız varlanıb. Eləcə də, Cavabdeh əsassız varlanma halı onunla sübut olunur ki, cavabdeh həmin məbləğin ona məxsus olmamasını bilə-bilə onu kartdan çıxarmış və çıxarmasından da əlavə onu bu günə kimi banka geri qaytarmaqdan imtina etmişdir. Cavabdeh 735 manat 22 qəpik məbləği qanunsuz olaraq özündə saxlayıb banka verməmişdir. Bu səbəbdən əlavə olaraq Cavabdeh banka çatası pulu qanunsuz saxladığı üçün 735 manat 22 qəpik pul ödəməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi Nümayəndə ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, “Kartmane-debit kart” müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Nizami filialı tərəfindən Cavabdeh kart təqdm edilmiş və eyni zamanda **********0944-574285 saylı kart hesabı verimişdir İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X1 məxsus kart hesabından çıxarışdan görünür ki, Rabitəbank» ASC tərəfindən X1 məxsus kart hesabına 735 manat 22 qəpik pul köçürülmüşdür. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 30 manat məbləğində pul İddiaçı ASC tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsimin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinin tələbinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı ASC ilə Cavabdeh arasında illik 04 faiz olmaqla 60 ay müddətinə kart hesabı açılması barədə 02 mart 2022-ci il tarixdə müqavilə bağlanmışdır. xx.xx.2022-ci tarixdə sistemdə olan texniki nasazlıq üzündən İddiaçı ASC tərəfindən Cavabdeh məxsus kart hesabına 750 manat artıq pul yüklənmişdir. İddiaçı ASC Cavabdeh rəsmi müraciət edərək kart hesabına artıq yüklənmiş pulun qaytarılmasını tələb etsə də cavabdeh kart hesabına artıq yüklənmiş pulu qaytarmamışdır. Buna görə də iddiaçı pulun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə işin faktiki hallarını və iş üzrə tədqiq edilmiş sübutları nəzərə alıb, belə bir nəticəyə gəlir ki, Cavabdeh hüquqi əsas olmadan İddiaçı ASC-i hesabına 735 manat 22 qəpik məbləğində pul əldə etdiyindən əsassız varlanan şəxs sayılmalıdır. Ona görə də Cavabdeh əsassız varlanan şəxs qismində əldə etdiyi pulu İddiaçı ASC-nə qaytarmalı, bununla da iddia təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 30 manat pul Cavabdeh tutularaq İddiaçı ASC-nə verilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 735 manat 22 qəpik məbləğində pul alınıb İddiaçı ASC-nə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 735 manat 22 qəpik məbləğində pul alınıb İddiaçı ASC -nə verilsin. Dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC -nə verilsin. Qətnamədən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar