Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-212/2025 03.03.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı Kapital Bank ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Kapital Bank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-cü il tarixli BRCB6145589A226 saylı kredit müqaviləsinə əsasən 100 manat əsas borcun, 16.58 manat faiz borcu olmaqla cəmi 116.58 manat borcun, xx.xx.2024-cü il tarixli GTKR6681328B299 saylı kredit müqaviləsinə əsasən 5579.11 manat əsas borcun, 754.62 manat faiz borcu olmaqla cəmi 6333.73 manat borcun və ödənilmiş 84.5 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Kapital Bank ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılması və tələbin təmin edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Kapital Bank ASC tələbi belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx/xx/2022-cü il tarixli BRCB6145589A226 saylı Kredit müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 5900 AZN məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeharasında elektron qaydada bağlanmış xx/xx/2024-cü il tarixli GTKR6681328B299 saylı Kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 20.2 faiz dərəcəsi ilə 5700 AZN məbləğində kredit verilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin tərəflər məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 59 ay müddətinə illik 25 faiz olmaqla 5900 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 35 ay müddətinə illik 20.02 faiz olmaqla 5700 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanmışdır. Təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımı qaydada yerinə yetirməmiş, müqavilə şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı Kapital Bank ASC məhkəməyə müraciət etdiyi zaman 84.5 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Kapital Bank ASC-nin iddiası təmin edilməli, Cavabdeh kredit kartı müqaviləsi üzrə xx.xx.2022-cü il tarixli BRCB6145589A226 saylı kredit müqaviləsinə əsasən 100 manat əsas borc, 16.58 manat faiz borcu olmaqla cəmi 116.58 manat borc, xx.xx.2024-cü il tarixli GTKR6681328B299 saylı kredit müqaviləsinə əsasən 5579.11 manat əsas borc, 754.62 manat faiz borcu olmaqla cəmi 6333.73 manat kredit borcu və ödənilmiş 84.5 manat dövlət rüsumu tutularaq Kapital Bank ASC-nin hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh kredit müqaviləsi xx.xx.2022-cü il tarixli BRCB6145589A226 saylı kredit müqaviləsinə əsasən 100 manat əsas borcu, 16.58 manat faiz borcu olmaqla cəmi 116.58 manat borc, xx.xx.2024-cü il tarixli GTKR6681328B299 saylı kredit müqaviləsinə əsasən 5579.11 manat əsas borc, 754.62 manat faiz borcu olmaqla cəmi 6333.73 manat kredit borcu və ödənilmiş 84.5 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №e-2(046)-212/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-212/2025
03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver