Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2150/2025 06.11.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, BPM**********81 nömrəli kredit müqaviləsinə əsasən, 299.68 manat əsas, 9.93 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, CL-EE002137532 nömrəli kredit müqaviləsi üzrə 9669.09 manat əsas, xx.xx.2024-cü il tarixli, CL-EE002827904 nömrəli kredit müqaviləsi üzrə 149.02 manat əsas və xx.xx.2024-cü il tarixli, CL-EE002861436 nömrəli kredit müqaviləsi üzrə 1861.52 manat əsas borc olmaqla, ümumilikdə, 11989.24 manat pul vəsaitinin, həmçinin ödənilmiş 218.30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Göyçay” filialı ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********81 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 300 manat məbləğində kredit limiti açılmışdır. "xxxx" ASC-nin “Göyçay” filialı ilə X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL-EE002137532 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 14000 manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. Həmçinin, "xxxx" ASC-nin “Göyçay” filialı ilə X7 arasında bağlanmış CL- EE002827904 nömrəli xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə 850 manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. "xxxx" ASC-nin “Göyçay" filialı ilə X7 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CL-EE002861436 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə 3000 manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Göyçay rayon notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X4 xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2025-ci il tarixdə vərəsəlik işi açılmış və vərəsə Cavabdeh xx.xx.2025-ci il tarixli vərəsəlik hüququ haqda şəhadətnamə verilmişdir. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********81 nömrəli kredit müqaviləsinə əsasən kredit borcu üzrə banka ödənilməmiş 299.68 manat əsas, 9.93 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, CL-EE002137532 nömrəli kredit müqaviləsi üzrə 9669.09 manat əsas, xx.xx.2024-cü il tarixli, CL-EE002827904 nömrəli kredit müqaviləsi üzrə 149.02 manat əsas və xx.xx.2024-cü il tarixli, CL-EE002861436 nömrəli kredit müqaviləsi üzrə 1861.52 manat əsas borc qalmışdır. Cavabdeh X4 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəflərindən xx.xx.2025-ci il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Bundan başqa hazırki mübahisə üzrə iddia qiyməti cəmi 11989.24 manat olduğundan, tərəflərindən 218.30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BPM**********81 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin “Göyçay” filialı ilə X7 arasında illik 24 faiz olmaqla 36 ay müddətinə 300 manat məbləğində kredit limiti açılmışdır. xx.xx.2023-cü il tarixli, CL-EE002137532 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin “Göyçay” filialı ilə X7 arasında illik 18.9 faiz olmaqla 36 ay müddətinə 14000 manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. xx.xx.2024-cü il tarixli, CL-EE002827904 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin “Göyçay” filialı ilə X7 arasında illik 15.9 faiz olmaqla 12 ay müddətinə 850 manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. xx.xx.2024-cü il tarixli, CL-EE002861436 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin “Göyçay” filialı ilə X7 arasında illik 18.9 faiz olmaqla 24 ay müddətinə 3000 manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, BPM**********81 nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, X4 xx.xx.2025-ci il tarixə "xxxx" ASC-nə 299.68 manat əsas, 9.93 manat məbləğində cərimə borcu vardır. xx.xx.2023-cü il tarixli, CL-EE002137532 nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, X4 xx.xx.2025-ci il tarixə "xxxx" ASC-nə 9669.09 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli, CL-EE002827904 nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, X4 xx.xx.2025-ci il tarixə "xxxx" ASC-nə 149.02 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli, CL-EE002861436 nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, X4 xx.xx.2025-ci il tarixə "xxxx" ASC-nə 1861.52 manat məbləğində borcu vardır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Qanuni vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli, reyestrdə 2V-402 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X4 vərəsələri Göyçay rayou Bığır kəndində yaşayan Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalənin Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-55440/2025 nömrəli arayışına əsasən 342.73 manat əmək pensiyasından ibarətdir. Bildirişdən görünür ki, mərhum X4 adına olan kredit müqaviləsi üzrə öhdəliyin vaxtında icra edilməsi barədə vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC tərəfindən xəbərdar olunmuşdur. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 218 manat 30 qəpik məbləğində pul iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir (********** saylı qəbz). Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində Öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) baş verdikdə borverən borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. 1306.5-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Göründüyü kimi iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, BPM**********81 nömrəli kredit müqaviləsinə əsasən illik 24 faiz olmaqla 36 ay müddətinə 300 manat məbləğində kredit limiti açılmışdır. xx.xx.2023-cü il tarixli, CL-EE002137532 nömrəli kredit müqaviləsinə əsasən illik 18.9 faiz olmaqla 36 ay müddətinə 14000 manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. xx.xx.2024-cü il tarixli, CL-EE002827904 nömrəli kredit müqaviləsinə əsasən illik 15.9 faiz olmaqla 12 ay müddətinə 850 manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. xx.xx.2024-cü il tarixli, CL- EE002861436 nömrəli kredit müqaviləsinə əsasən illik 18.9 faiz olmaqla 24 ay müddətinə 3000 manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. X4 bank qarşısında üzərinə götürdüyü öhdəlik vərəsəsi tərəfindən yerinə yetirilməmiş, kredit borcu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarılmamışdır. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, X4 vəfatından sonra Cavabdeh X3 qalan əmək pensiyasını qəbul etmiş miras əmlaka münasibətdə məsuliyyət daşıyır. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC ilə X7 arasında etibarlı kredit müqavilələrinin bağlanmasına baxmayaraq, kredit müqavilələri üzrə öhdəlik vaxtında yerinə yetirilmədiyindən, X1nun vəfat etməsindən sonra miras əmlakı qəbul etmiş vərəsəsi borclu qismində payına mütənasib surətdə miras qoyanın borclarını ödəməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********81 nömrəli, xx.xx.2023-cü il tarixli, CL-EE002137532 nömrəli, xx.xx.2024-cü il tarixli, CL-EE002827904 nömrəli və xx.xx.2024-cü il tarixli, CL-EE002861436 nömrəli kredit müqavilələrinə əsasən 342 manat 73 qəpik məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin bir qismi 342 manat 73 qəpik hissədə təmin edildiyindən dövlət rüsumu da ödənilmiş tələbin məbləğinə mütənasib olaraq 30 (otuz) manat məbləğində dövlət rüsumu, 0.40 (qırx) qəpik xidmət haqqı Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********81 nömrəli, xx.xx.2023-cü il tarixli, CL- EE002137532 nömrəli, xx.xx.2024-cü il tarixli, CL-EE002827904 nömrəli və xx.xx.2024-cü il tarixli, CL-EE002861436 nömrəli kredit müqavilələrinə əsasən 342.73 (üç yüz qırx iki manat yetmiş üç qəpik) məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx) manat məbləğində xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-2150/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-2150/2025
06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver