Məhkəmə qərarları › İş №e-2(046)-2151/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-2151/2023

06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-2151/2023 06.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək məhkəmə MÜƏYYƏNETDİ: LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə borcun və ödənilmiş 48.17 manat dövlət rüsumu alınaraq LPO İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, E-məhkəmə sistemi çıxarışından ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının 4 il bundan əvvəl vəfat etmiş şəxsə qarşı məhkəmədə iddia qaldırması tam anlaşılmazdır. Ona görə ki, vəfat etmiş şəxsə məhkəmə bildirişi, iddia ərizəsinin surətini göndərmək və ondan iddiaya qarşı çəkişmə prinsipinə əməl etməklə etirazını bildirməsi barədə hüquq və vəzifələrini izah etmək mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsində . iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 150, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı LPO İddiaçı ASC-yə Cavabdeh3 hüquqi varisi müəyyən edildikdən sonra məhkəməyə müraciət edə biləcəyi izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar