Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-2176/2025 03.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında işə baxaraq, müəyyən etdi: İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GY-2696 nömrəli kredit müqaviləsinə əsasən 1223 manat 19 qəpik əsas borcdan, 01 manat 12 qəpik faiz borcundan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə geciktirilmiş vaxt üçün 54 manat 57 qəpik hesablanan faiz borcunun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 33 manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün müvafiq olaraq ödənilmiş cəmi 51 manat olan dövlət rüsumunun və xidmət haqqının Cavabdeh3 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh3 xususi mülkiyyətində olan ünvan 1 ünvanında, Cavabdeh3, Cavabdeh1, X1 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 0.0217 ha torpaq sahəsində yerləşən 26 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait hesabına yuxarıda qeyd olunmuş borcun bağlanması, satışdan əldə olunacaq vəsait borcun bağlanması üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh3 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi həyata keçirilərək, mülki iş üzrə icraat qiymətləndiricinin hesabatı təqdim edilənədək dayandırılmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirovun iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizəsi 18 fevral 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Göyçay Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnərək məhkəmə hazırlıq iclası 03 mart 2026-cı il tarixə saat 11:30-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi Azər Rəhimov məhkəməyə ərizə ilə müraciət edərək cavabdehlərin bank qarşısında olan kredit öhdəlikləri tam olaraq yerinə yetirilməsini, iddia ərizəsinin baxılmamış saxlanılmasını və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 2-ci bəndinə görə məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov iddia ərizəsinin baxılmamış saxlanılmasına dair ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, habelə ödənilmiş dövlət rüsumu da qaytarılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 33 manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qaytarılsın. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən :Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-2176/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-2176/2025
03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver