Məhkəmə qərarları › İş №e-2(046)-219/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-219/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-219/2024 03.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Cavabdeh qarşı fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-ci il tarixli, AN-İ№1146920 saylı daşınmaz əmlakın nisyə alğısatqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması, Banka təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC Bankın nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2023-cü il tarixdə AN-İ №1146920 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilib). Nisyə alğı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan Göyçay rayonu X3 kəndi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 116.1 kv.m olan fərdi yaşayış evinin alıcı Cavabdeh 20000 (iyirmimin) manat qiymətinə satılması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2023-ci il tarixli AN-İ№1146920 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 6000 (altı min) manat məbləği Satıcı AccessBank QSC-yə notariusun bankda açılan deposit hesabı vasitəsilə ödəyir. Qalan 14000 manat məbləği isə 8 ay müddət verilsin. Hər ayda bir dəfə ödəniş salınsın, birinci ödəniş 1000 manat, ikinci ödəniş 3000 manat, üçüncü ödəniş 5000 manat, sonraki ödənişlərdə 1000 manat ödəmək şərti ilə notariusun depozait hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli, AN- İ№1146920 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2023-ci il tarixində xəbərdarlıq məktubu göndərilərək, öhdəliyi icra etmədiyi təqdirdə nisyə-alğı-satqı müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli AN-İ №1146920 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı QSC tərəfindən Göyçay rayonu X3 kəndi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 116.1 m2 ümumi sahədən ibarət fərdi yaşayış evini nisyə alqı-satqı qaydasında ilkin ödəniş 6000 manat ödəməklə Cavabdeh 20.000 manat məbləğinə satmışdır. Aralarında olan razılıqa əsaəsn qalan 14.000 manat məbləği cavabdeh 8 ay müddətinə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1 -ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd olunan Məcəllənin 601.1 -ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 -ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinin tələbinə görə isə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək bə onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır.Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Göründüyü kimi Cavabdeh İddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı QSC iddiası təmin edilməli, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ №1146920 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməli, Göyçay rayonu X3 kəndi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 116.1 m2 ümumi sahədən ibarət fərdi yaşayış evindən Cavabdeh çıxarılmalı, əmlakı boşaldılmalı və fərdi yaşayış evi İddiaçı QSC-yə təhvil verilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 220, 233, 357 və 362- ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ №1146920 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilsin. ünvan 2i ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 116.1 m2 ümumi sahədən ibarət fərdi yaşayış evindən Cavabdeh çıxarılsın və fərdi yaşayış evi İddiaçı QSC-yə təhvil verilsin. 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı QSC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyindən 1 (bir) ay müddətində Göyçay rayon məhkəməsinin vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar