Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2228/2025 11.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********46 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 1.644,05 manat əsas borc və 228.52 manat faiz borcu olmaqla, cəmi 1.872,57 manat məbləğində kredit borcunun, ödənilmiş 39.12 (otuz doqquz manat on iki qəpik) dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC-nin Göyçay filialı ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********46 saylı tam kart çərçivə müqaviləsinə əsasən X5 36 ay müddətinə illik 24 faiz olmaqla 3600 {üç min altı yüz) manat məbləğində kart kredit limiti verilmişdir. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Göyçay rayon Notariat Ofisinin xx.xx.2025cİ il tarixli 306 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi qanun üzrə vərəsəsi olan Cavabdeh1 tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmışdır. Bankın Göyçay filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X4 xx.xx.2021-ci il tarixli, BPM**********46 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 1.644,05 manat əsas borc və 228.52 manat faiz borcu olmaqla, cəmi 1.872,57 manat məbləğində borcu qalmışdır. Cavabdeh, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tan şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Göyçay rayon Notariat Ofisi tərəfindən məhkəməyə təqdim edilmiş V-642/2024 nömrəli vərəsəlik işi üzrə xx.xx.2026-ci il tarixli, 2V-354 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, mərhum X3 vərəsələrindən - X9, X8 və X10 azyaşlı olduqları üçün onların qanuni nümayəndələri - anaları Cavabdeh1dır. Mülki işə bağlı bildirilir ki, tələbin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Cavabdeh1 və Cavabdeh2 və X9, X8, X6 isə qanuni nümayəndəiəri - anaları Cavabdeh1 vasitəsilə iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********46 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 1.644,05 manat əsas borc və 228.52 manat faiz borcu olmaqla, cəmi 1.872,57 manat məbləğində kredit borcunun, ödənilmiş 39.12 (otuz doqquz manat on iki qəpik) dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 cavabdeh qismində cəlbetmə haqqında ərizə verərək iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulmasına dair” e-2(046)- 2228/2025 saylı mülki iş məhkəmənin icraatındadır. Mülki işlə bağlı bildirilir ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Göyçay rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 306 saylı məktubu əsas götürülərək cavabdeh qismində yalnız mərhum X3 qanun üzrə vərəsəsi olan Cavabdeh1 qeyd edilmişdir. Lakin Göyçay rayon Notariat Ofisi tərəfindən məhkəməyə təqdim edilmiş V-642/2024 nömrəli vərəsəlik işi üzrə xx.xx.2026-ci il tarixli, 2V-354 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, mərhum X3, Cavabdeh1 başqa əlavə vərəsələrinin - X9, X8, X10 və Cavabdeh2da vərəsələri olduğu müəyyən edilmişdir. Belə ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən X9, X8, X10 və Cavabdeh2 cavabdeh qismində qeyd edilməmişdir. İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulmasına dair” dair e- 2(046)-2228/2025 saylı mülki iş üzrə Cavabdeh2da əlavə olaraq cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(046)-2228/2025 nömrəli qərardadına əsasən mülki iş üzrə Cavabdeh2 cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi Nümayəndə3 ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə baxışında Cavabdeh2 iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, mərhum oğlunun tam kart və əmək haqqı kartı Cavabdeh1 olmuşdur. Həmin kartda pul olmuş, həmin pulu Cavabdeh1 götürmüşdür. O, həmin kartdan məlumatsız olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, mərhum əri X3 götürdüyü kreditdən məlumatı olmamışdır. Anası ilə birlikdə "xxxx" getdikdə orada mərhum Asifin banka kredit borcunun olub-olmasını yoxlatdıqda kredit borcunun olmasından məlumatı olmuşdur. Məhkəmədən həmin kredit borcu üzrə ona düşən payın müəyyən edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli BPM**********46 saylı tam kart çərçivə müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X7 arasında 36 ay müddətinə illik 24 faiz olmaqla 3600 {üç min altı yüz) manat məbləğində kart kredit limiti verilməsi barədə müqavilə bağlamışdır. xx.xx.2021-ci il tarixli BPM**********46 saylı kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, X3 xx.xx.2025-ci il tarixə "xxxx" ASC-nə 1.644,05 manat əsas borc və 228.52 manat faiz borcu olmaqla, cəmi 1.872,57 manat məbləğində borcu vardır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Göyçay rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2024 cü il tarixdə vəfat etmiş X3 adına xx.xx.2024-cü il tarixdə Göyçay rayon Potu kəndində yaşayan Cavabdeh1 ərizəsinə əsasən Göyçay rayon notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Bildirişdən görünür ki, X3 adına olan kredit müqaviləsi üzrə öhdəliyin vaxtında icra edilməsi barədə Cavabdeh1 iddiaçı "xxxx" ASC tərəfindən bildiriş göndərilmişdir. Qanuni vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli, reyestrdə 2V-354 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 vərəsələri: Göyçay rayon Potu kəndində yaşayan arvadı Cavabdeh1 (AA*******), Göyçay rayon Potu kəndində yaşayan xx.xx.2010-cu il tarixdə anadan olmuş qızı X9 (AZE ********), Göyçay rayonu Potu kəndində yaşayan xx.xx.2012-ci il tarixdə anadan olmuş qızı X8 (AZE ********), Göyçay rayonu Potu kəndində yaşayan xx.xx.2012-ci il tarixdə anadan olmuş oğlu X10 (AZE ********) və onların hər biri miras əmlakdan 1/5 almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrini İdarəetmə birliyi” publik hüquqi şəxs Respublika Təcili və Təxirəsalınmaz tibbi yardım mərkəzinin xx.xx.2025-ci il tarixli 18-1-88/2-22/2025 nömrəli arayışına əsasən 274.68 manat yekun əmək haqqı pulundan və 3600.45 orta aylıq əmək haqqının 3 misli miqdarında müavinat pulundan ibarətdir. Qeyd: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsininin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərına uyğun olaraq digər vərəsə Cavabdeh2 1/5 (beşdə bir) hissədə payı müəyyən edilmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 39 manat 12 qəpik məbləğində pul iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir (********** saylı qəbz). Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2021-ci il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində Öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. 1306.5-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarı: Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göründüyü kimi iddiaçı "xxxx" ASC ilə X7 arasında xx.xx.2021-ci il tarixli BPM**********46 saylı tam kart çərçivə müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz olmaqla 3600 {üç min altı yüz) manat məbləğində nağd kredit verilmişdir. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, X3 vəfatından sonra Cavabdeh1 və Cavabdeh2 miras qalmış əmlakı qəbul etdiklərindən borcun ödənilməsi üçün qəbul edilmiş miras əmlaka münasibətdə məsuliyyət daşıyırlar. X3 bank qarşısında üzərinə götürdüyü öhdəlik vərəsələri tərəfindən yerinə yetirilməmiş, kredit borcu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarılmamışdır. Buna görə də iddiaçı kredit borcunu cavabdehlərdən (vərəsələrindən) tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC ilə X7 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, kredit müqaviləsi üzrə öhdəlik vaxtında yerinə yetirilmədiyindən, X1nun vəfat etməsindən sonra miras əmlakı qəbul etmiş vərəsələri borclu qismində payına mütənasib surətdə miras qoyanın borclarını tam ödəməlidir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli BPM**********46 saylı tam kart çərçivə müqaviləsi üzrə yaranmış borcu iddiaçı "xxxx" ASC-nə qaytarmalıdır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli BPM**********46 saylı tam kart çərçivə müqaviləsinə əsasən 1.644,05 manat əsas borc və 228.52 manat faiz borcu olmaqla, cəmi 1.872,57 manat məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 39.12 (otuz doqquz manat on iki qəpik) məbləğində dövlət rüsumu, 0.40 (qırx) qəpik xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli BPM**********46 saylı tam kart çərçivə müqaviləsinə əsasən 1.644,05 manat əsas borc və 228.52 manat faiz borcu olmaqla, cəmi 1.872,57 manat məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 39.12 (otuz doqquz manat on iki qəpik) məbləğində ödənilmiş dövlət rüsumu və 0.40 (qırx) manat məbləğində xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-2228/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-2228/2025
11.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver