Məhkəmə qərarları › İş №e-2(046)-230/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-230/2024

01.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-230/2024 01.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, X5 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərə görə 1536 manat, mənəvi zərərə görə 2000 manat və 56 manat məbləğində dövlət rüsumunu, cəmi 3592 manat tutularaq iddiaçya ödənilməsi və Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi ev 2, 75 saylı mənzildəki su borusunda olan nasazlığın aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin mümkünlük məsələsi yoxlanılarkən Bakı şəhəri Nəsimi rayon mənzil Kommunal Təsərrüfat Birliyinin 14 saylı mənzil kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli arayışında Bakı şəhəri, M.Qasımov küçəsi 2 saylı evin 75 saylı mənzili Cavabdeh məxsus olması göstərildiyindən, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və məhkəmənin hazırlıq iclası 27 dekabr 2023-cü il tarixə saat 15:45-ə təyin edilmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə məhkəmə hazırlıq iclası keçirilmiş və işin məhkəmə baxışı xx.xx.2024-cü il tarixə saat 15:00-a təyin edilmişdir. 17 yanvar 2024-cü il tarixdə məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında İddiaçı iddia ərizəsində qeyd etdiyi mənzilin onun yox qızı X1 mülkiyyətində olduğunu göstərmiş və bu halın dəqiqləşdirilməsi üçün məhkəmə baxış iclası 01 fevral 2024-cü il tarixə təxirə salınmışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdən daxil olmuş 18 yanvar 2024-cü il tarixli məktubda Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 1 ünvanında yerləşən 75 nömrəli mənzilin X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı göstərilmiş və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sorğuya əlavə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxlmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçı nümayəndəsi Vəkil vəsatətlə məhkəməyə müraciət edərək, İddiaçı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh əsl cavabdeh X4 ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, məhkəmə baxış iclasında Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi ev 2, 75 saylı mənzilin cavabdehin qızı X2 mülkiyyətində olması müəyyən edilmiş və bu səbəbdən İddiaçı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh əsl cavabdeh X4 ilə əvəz edilməsi barədə İddiaçı nümayəndəsi Vəkil vəsatətlə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, ilk Cavabdeh əsl cavabdeh X4 ilə əvəz edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və iddiaya cavab verilməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İşə əlavə edilmiş DİN-in BPQMİ-nin Maps şöbəsindən verilmiş arayışdan görünür ki, X4 Bakı şəhəri, Nəsimi rayonu Bakıxanov küçəsi ev 31. Korpus 1, mənzil 18-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə hesab edir ki, məhkəmə baxış iclasında cavabdeh X4 Bakı şəhəri, Nəsimi rayonu Bakıxanov küçəsi ev 31. Korpus 1, mənzil 18-də qeydiyyatda olması müəyyən edildiyindən, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 44,263,264,268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Vəsatət təmin edilsin. İlk Cavabdeh əsl cavabdeh X4 ilə əvəz edilsin. İddiaçı cavabdeh X3 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gulnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar