Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2308/2023 29.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, X6 oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 1215 manat 85 qəpik əsas kredit borcunun, 1 manat 31 qəpik faiz olmaqla cəmi 1217 manat 16 qəpik borcun, 32 manat 18 qəpik məbləğində dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə X7 arasında xx.xx.2019-cu il tarixli, 571rstİSML/19 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən X5 60 ay müddətinə illik 1 % olmaqla 2026 manat 03 qəpik məbləğində kredit verilmişdir. X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 382 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 vəfatından sonra miras qalmış əmlaka Göyçay rayonu Hacalıkənd kəndində yaşayanlar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Göyçay rayon Notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2023-cü il tarixli "xxxx" ASC tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X4 571rstİSML/19 saylı kredit müqaviləsi üzrə banka 1215 manat 85 qəpik əsas kredit borcunun, 1 manat 31 qəpik faiz olmaqla cəmi 1217 manat 16 qəpik kredit borcu qalmışdır. İş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək göstərmişdir ki, mərhum atası X7 xx.xx.2019-cu il tarixdə kredit götürmüş, vəfat etdiyi günə qədər kredit borcundan ödənişlər etmişdir. Lakin mərhum atası vəfat etdikdən bir müddət sonra onlara məhkəmədən bildiriş gəldikdə məlum olmuşdur ki, mərhum atasından qalmış kredit borcunu vərəsələri olduqları üçün onlara yönəlmişdir. Hal-hazırda kredit borcunu ödəmək imkanları yoxdur. Məhkəmə iclasında Cavabdeh2 Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 571rstİSML/19 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X5 illik 60 ay müddətinə illik 1 % olmaqla 2026 manat 03 qəpik məbləğində kredit verilmişdir. X3 surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 382 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 vəfatından sonra miras qalmış əmlaka Göyçay rayonu Hacalıkənd kəndində yaşayanlar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Göyçay rayon Notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Maliyyə arayışından görünür ki, X4 "xxxx" ASC-nə 1215 manat 85 qəpik əsas kredit borcunun, 1 manat 31 qəpik faiz olmaqla cəmi 1217 manat 16 qəpik kredit borcu qalmışdır. ********** saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 32 manat 18 qəpik dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi, iddiaçı ilə X7 arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müqavilə üzrə borclu vəfat etmişdir. Onun miras əmlakı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən qəbul edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə ödənilməmiş kredit borcunu cavabdehlərdən (vərəsələrdən) tələb etməkdə haqlıdır. Beləliklə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 1215 manat 85 qəpik əsas kredit borcunun, 1 manat 31 qəpik faiz olmaqla cəmi 1217 manat 16 qəpik borcun, 32 manat 18 qəpik məbləğində dövlət rüsumunun və 40 qəpik xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC -nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 32 manat 18 qəpik dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı cavabdehdən alınaraq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 1215 (min iki yüz on beş) manat 85 (səksən beş) qəpik kredit borcu, 1(bir) manat 31 (otuz bir) qəpik faiz olmaqla cəmi 1217 (min iki yüz on yeddi) manat 16 (on altı) qəpik borcun, 32 (otuz iki manat) 18 (on səkkiz) qəpik dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-2308/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-2308/2023
29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver