Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2327/2025 19.11.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT MMC kiçik iddialara dair işlər üzrə icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 12 manat 24 qəpik faiz borcu, 32 manat komissiya və 216 manat 43 qəpik cərimə olmaqla cəmi 951 manat borcun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə əlavə araşdırma zərurəti yarandığından işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Daha sonra İddiaçı BOKT MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, borc məbləği hissəsində yanlışlığın olmasını, cavabdehin iddiaçı qarşısında olan 690 manat əsas borcun, 12 manat faiz, 32 manat komissiya və 216 manat cərimə olmaqla, ümumilikdə 951 manat təşkil etməsini göstərmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı BOKT MMC (bundan sonra “İddiaçı”) mülki dövriyyədə bir qayda olaraq istehlak məqsədli mikrokreditlərin verilməsini həyata keçirir. Kreditin verilməsi “Manato.az” internet səhifəsi vasitəsilə “online” qaydada (müştərinin nömrəsinə göndərilən OTP kodunu daxil etməklə) verilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********002 saylı “mikrokredit müqaviləsi”nə (bundan sonra “müqavilə” adlanacaq) əsasən, cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 0 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikro kredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinizə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin əsas məbləğ üzrə 690 manat, faiz borcu üzrə 12 manat , xidmət haqqına (komissiyaya) görə isə 32 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona 216 manat 43 qəpik məbləğində cərimə hesablanmışdır. Beləliklə, cavabdehin müqavilə üzrə maliyyə arayışı tərtib edilən tarixə olan ümumi borcu 951 manat təşkil edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı BOKT MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, İddiaçı BOKT MMC-nin nümayəndəsi Nümayəndə ərizə göndərərək məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini nəzərə alaraq, işin onların iştirakı olmadan baxılmasını, cavabdehdən iddiaçının xeyrinə göstərilən məbləğlərin və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, İddiaçı BOKT MMC-dən xx.xx.2024-cü il tarixdə 690 manat məbləğində kredit götürmüşdür. Kredit götürdükdən sonra cəmi 261 manat məbləğində ödəniş etmişdir. Sonradan maddi imkanı olmadığı üçün kredit borcunu ödəyə bilməmişdir. İddiaçıya qalan kredit borcunu hissə-hissə ödəyəcəkdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli mikro kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC ilə cavabdeh Səbzəliyev Fəxri Həkim oğlu arasında istehlak məqsədləri üçün 30 gün müddətinə illik 60,85% ödəmək şərtilə 690 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Səbzəliyev Fəxri Həkim oğlunun xx.xx.2025-ci il tarixə İddiaçı BOKT MMC-nə 690 manat əsas, 12 manat faiz, 32 manat komissiya, 216 manat cərimə olmaqla, cəmi 951 manat borcu vardır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh Səbzəliyev Fəxri Həkim oğlu kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyin vaxtında icra edilməsi barədə İddiaçı BOKT MMC tərəfindən xəbərdar olunmuşdur. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 30 manat məbləğində və dövlət rüsumunun köçürülməsi üçün 40 qəpik məbləğində pul İddiaçı BOKT MMC tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743.1.-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 742.5-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı BOKT MMC-nin xx.xx.2024 il tarixində 30 gün müddətinə illik 60,85% ödəmək şərtilə 690 manat məbləğində cavabdeh Səbzəliyev Fəxri Həkim oğluna kredit verilməsi barədə tərəflər arasında etibarlı mikro kredit müqaviləsi bağlanmışdır. Cavabdeh Səbzəliyev Fəxri Həkim oğlu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu kredit borcunu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də iddiaçı kredit borcunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı BOKT MMC ilə cavabdeh Səbzəliyev Fəxri Həkim oğlu arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, cavabdeh Səbzəliyev Fəxri Həkim oğlu xx.xx.2024-cü il tarixli mikro kredit müqaviləsi ilə aldığı krediti İddiaçı BOKT MMC-nə qaytarmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, İddiaçı BOKT MMC-nin Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 216 manat məbləğində cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq hesab edir ki, 216 manat məbləğində cərimə 34 manat 50 qəpik məbləğinədək azaldılmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2024-cü il tarixli mikro kredit müqaviləsi üzrə Cavabdeh 690 manat əsas borc, 12 manat faiz borcu, 32 manat komissiya haqqı, 34 manat 50 qəpik cərimə olmaqla, cəmi 768 manat 50 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilməli, bununla da iddia qismən təmin olunmalıdır. İddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul cavabdeh Səbzəliyev Fəxri Həkim oğlundan tutularaq İddiaçı BOKT MMC-nə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gecikdirilməyə görə hesablanmış 216 manat məbləğində cərimə 34 manat 50 qəpik məbləğinədək azaldılsın. Cavabdeh Səbzəliyev Fəxri Həkim oğlundan xx.xx.2024-cü il tarixli mikro kredit müqaviləsi üzrə 690 manat əsas borc, 12 manat faiz borcu, 32 manat komissiya haqqı, 34 manat 50 qəpik cərimə olmaqla, cəmi 768 manat 50 qəpik məbləğində pul tutularaq İddiaçı BOKT MMC-nə verilsin. Cavabdeh Səbzəliyev Fəxri Həkim oğlundan dövlət rüsumu üçün ödənilmiş 30 manat alınaraq İddiaçı BOKT MMC-nə verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-2327/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-2327/2025
19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver