Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-235/2024 19.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı Quseyn oğlunun, Nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı Quseyn oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Quseyn oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçülməsinə maneə yaratmaq Əliyeva (Həmidova) Sevil Sayəddin qızına, Cavabdeh1 və Cavabdeh2 qadağan olunmasın xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı Quseyn oğlu ərizə verərək cavabdehlərlə aralarında yaranmış mübahisənin məhkəmədən kənar həll olunaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşları tərəfindən fərdi yaşayış evinin ölçülməsinə maneə könüllü olaraq aradan qaldırılmışdır. Buna görə də iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə baxışında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ərizə verərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etdiyindən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizənin verilməsi ilə əlaqədar İddiaçı Quseyn oğlu tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268ci maddələrini rəhbər tutaraq , qərara aldı: İddiaçı Quseyn oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Quseyn oğlu tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu (qəbzin nömrəsi **********) qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Maliyyə Nazirliyinin Göyçay Rayonu üzrə Maliyyə Şöbəsinə həvalə edilsin. İddiaçıya izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-235/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-235/2024
19.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver