Məhkəmə qərarları › İş №e-2(046)-2362/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-2362/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-2362/2023 14.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması barədə iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 11607.68 manat əsas borcun və 125 manat dövlət rüsumunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışından görünür ki, iddia ərizəsində cavabdeh kimi qeyd edilmiş Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri Rövşən Əliyev küçəsi, ev 112-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi İddiaçı BOKT ASC-nin iddia ərizəsi ərazi aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Göyçay rayon Məhkəməsinin hesabına 125 manat dövlət rüsumu ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 293, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya Abşeron rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. İddiaçı BOKT ASC tərəfindən xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə Göyçay rayon məhkəməsinin hesabına ödənilmiş 125 manat dövlət rüsumu İddiaçı BOKT ASC-nin hesabına qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar