Məhkəmə qərarları › İş №e-2(046)-248/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-248/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-248/2021 29.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 29 aprel 2021-ci il tarixdə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4305 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı QSC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək göstərmişdir ki, "İddiaçı” QSC ilə Cavabdeh arasında 01.03.2020- ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, iddiaçı cavabdehə malları satmağı, cavabdeh isə malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 29.03.2020-ci il tarixli Malların Təhvil-Qəbul Aktından da göründüyü kimi ümumi dəyəri 4305 (dörd min üç yüz beş) manat olan ınal (Arletta Pomidoru) iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Lakin, cavabdeh aldığı malın dəyərini ödəməməmişdir. Müqavilə öhdəliklərini icra etməməsi, ödənişin vaxtında həyata keçirməməsi səbəbindən cavabdehin iddiaçıya 1600 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilinəsi ilə bağlı cavabdehlə dəfələrlə əlaqə saxlanılmış və rəsmi pretenziya ilə müraciət edilmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 01.03.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında 1 il müddətə alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 29.03.2020-ci il tarixli mallarİın təhvil-qəbul aktından görünür ki, İddiaçı QSC tərəfindən 4305 manat məbləğində Arletta pomidoru Cavabdeh təhvil verilmişdir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı QSC arasında alqı-satqı müqavilə bağlanmış və Cavabdeh 4305 manat dəyərində Arletta Pomidoru nisyə satılmışdır. Cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, müqavilənin icrasından yayınmış, nəticədə müqavilə üzrə iddiaçıya 1600 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsaəsn öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC-nin iddiası qismən təmin edilməli, Cavabdehdan 1600 manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı QSC-yə qaytarılmalıdır. Şərh olununlara və Azərbaycan Respublikası MPM-nin 216, 220, 233, 357 və 362ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT E TD İ: İddia qismən təmin edilsin. Cavabdeh 1600 manat borc pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı QSCyə verilsin Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyindən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsinin vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar