Məhkəmə qərarları › İş №e-2(046)-249/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-249/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-249/2024 31.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi dair mülki işin materiallarına baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh kredit borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək mülki işin baxılmamış saxlanmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlanılır. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən Göyçay rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş iddiaçının nümayəndəsinin ərizəsinə əsasən baxılmamış saxlanılsın. İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə Göyçay rayon məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı "xxxx" ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar