Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-255/2023 21.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı QBKT MMC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı QBKT MMC cavabdehlər X4 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı QBKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 və Cavabdeh1 müştərək qaydada **********3237 hesab nömrəli kredit müqaviləsi üzrə 1503.50 manat kredit borcunun və **********346 hesab nömrəli kredit müqaviləsi üzrə 989.70 kredit borcunun və 44.94 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 aralarında bağlanmış xx.xx.2016-cı il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən şəxsə istehlak məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.90% faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 1250 ABŞ dolları və 1250 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 67.00 AZN və 67.00 USD olmaqla, bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 ilə zamınlik müqavilə bağlanmışdır. xx.xx.2016-cı il tarixli, **********7433 hesab nömrəli kredit müqaviləsi xx.xx.2016-cı il tarixli eyni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1209.00 manat müəyyən edilmişdir. Eyni zamanda, xx.xx.2016-cı il tarixli, **********3237 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli eyni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1834.00 manat müəyyən edilmişdir. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İş üzrə İddiaçı QBKT MMC-nin nümayəndəsi X5 iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia müdddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hər iki müqavilə üzrə iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş edir. İş üzrə digər cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehin məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli, ******* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QBKT MMC ilə Cavabdeh1 arasında n illik 23.90% faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 1250 ABŞ dolları və 1250 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı QBKT MMC ilə X6 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli eyni hesab nömrəli sazişdən görünür ki, İddiaçı QBKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1209.00 manat müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli eyni hesab nömrəli sazişdən görünür ki, İddiaçı QBKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1834 manat müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş hesab nömrəsi 0**********372 olan hesabdan çıxarışdan görünür ki, İddiaçı QBKT MMC-nin hesabına Cavabdeh1 tərəfindən sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 29.5 manat ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş hesab nömrəsi **********346 olan hesabdan çıxarışdan görünür ki, İddiaçı QBKT MMC-nin hesabına Cavabdeh1 tərəfindən sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 15 manat ödəniş edilmişdir Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 ilə İddiaçı QBKT MMC arasında xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh1 illik 23.90 faiz olmaqla 24 ay müddətinə 1250 ABŞ dolları və 1250 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2016-cı il tarixdə X6 ilə zaminlik müqaviləsi bağlanmış və o kredit alan Cavabdeh1 zamin durmuşdur. Bundan sonra xx.xx.2016-ci il tarixli müqaviləyə eyni hesab nömrəli xx.xx.2016-ci il tarixli əlavə sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi,əsas borc 1209 manat müəyyən edilmişdir. Eyni zamanda, xx.xx.2016-cı il tarixli, **********3237 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli eyni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1834 manat müəyyən edilmişdir. Cavabdeh1 xx.xx.2016-ci il tarixli əlavə sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi,əsas borc olan 1209 manatdan sonuncu dəfə xx.xx.2020ci il tarixdə, xx.xx.2016-cı il tarixli, kredit müqaviləsi xx.xx.2016-cı il tarixli eyni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc olan 1834 manatdan sonuncu dəfə xx.xx.2019-cu il tarixdə ödəniş etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2016-ci il tarixli əlavə sazişlə restrukturizasiya olunmuş və məbləği 1834 manat müəyyən edilmiş öhdəlik üzrə iddiaçı üç illik iddia müddətini ötürmüşdür. Belə ki, restrukturizasiya olunmuş kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında 37 ay müddətinə yəni xx.xx.2019-cü il tarixədək öhdəliyi olmuşdur. Sözügedən müqavilə üzrə cavabdeh tərəfindən bankın hesabına sonuncu dəfə xx.xx.2019-cu il tarixdə ödəniş həyata keçirilmişdir. İddiaçı QBKT MMC isə məhkəməyə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsinin bitmə tarixi əlavə sazişə əsasən xx.xx.2019-cu il olduğu əsas götürülərsə, iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, xx.xx.2016-ci il tarixli əlavə sazişlə restrukturizasiya olunmuş və məbləği 1209 manat müəyyən edilmiş öhdəlik üzrə iddiaçı üç illik iddia müddətini ötürməsə də, həmin müqavilə üzrə zaminə qarşı bir illik iddia müddəti ötürülmüşdür.Belə ki, X3 İddiaçı QBKT MMC arasında bağlanmış zaminlik müqaviləsi üzrə öhdəliyi xx.xx.2018-ci il tarixədək olmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə yəni bir ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 44.94 manat dövlət rüsumunun 30 manatı Cavabdeh1 alınaraq İddiaçı QBKT MMC-yə ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı QBKT MMC-nin X2 və Cavabdeh1 müştərək qaydada 0**********346 hesab nömrəli kredit müqaviləsi üzrə 1503.50 manat kredit borcunun tutulması tələbinə dair iddiası rədd edilməli, 0**********372 hesab nömrəli kredit müqaviləsi üzrə 989.70 kredit borcu Cavabdeh1 alınaraq İddiaçı QBKT MMC-yə ödənilməlidir. İddia 0**********372 hesab nömrəli kredit müqaviləsi üzrə 989.70 kredit borcunun X2 tutulmasına dair hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən edilsin. İddiaçı QBKT MMC-nin X2 və Cavabdeh1 müştərək qaydada 0**********346 hesab nömrəli kredit müqaviləsi üzrə 1503.50 manat kredit borcunun tutulması tələbinə dair iddiası rədd edilsin. 0**********372 hesab nömrəli kredit müqaviləsi üzrə 989.70 kredit borcu Cavabdeh1 alınaraq İddiaçı QBKT MMC-yə ödənilsin. İddia 0**********372 hesab nömrəli kredit müqaviləsi üzrə 989.70 kredit borcunun X2 tutulmasına dair hissədə təmin edilməsin. 30 manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı QBKT MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-255/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-255/2023
21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver