Məhkəmə qərarları › İş №e-2(046)-2590/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-2590/2025

06.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2590/2025 06.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BPM**********23 saylı istehlak kredit müqaviləsinə əsasən nağd kredit üzrə 10.028,67 manat əsas borc olmaqla cəmi 10.028,67 manat və xx.xx.2023-cü il tarixli BPM**********23 saylı istehlak krediti müqaviləsinə (Tam Kart vasitəsilə) əsasən kart kredit limiti üzrə 67.10 manat əsas borc və 2.32 manat faiz borcu olmaqla cəmi 69.42 manat məbləğində kredit borcunun, ödənilmiş 120.29 (bir yüz iyirmi manat iyirmi doqquz qəpik) dövlət rüsumunun və 0,4 (qırx qəpik) xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC-nin Göyçay filialı ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********23 saylı istehlak kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 27.9 faiz olmaqla 11600 manat məbləğində nağd kredit və xx.xx.2023-cü il tarixli BPM**********23 saylı istehlak krediti müqaviləsinə (Tam Kart vasitəsilə) əsasən 35 ay müddətinə illik 24 faiz olmaqla 400 manat məbləğində kart kredit limiti verilmişdir. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Göyçay rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 548 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına V-76/2025 reyestr nömrəli vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi Cavabdeh xx.xx.2025-ci il tarixli 2V-186 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Göyçay” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X3 xx.xx.2023-cü il tarixli BPM**********23 saylı istehlak kredit müqaviləsinə əsasən nağd kredit üzrə 10.028,67 manat əsas borc olmaqla cəmi 10.028,67 manat və xx.xx.2023-cü il tarixli BPM**********23 saylı istehlak krediti müqaviləsinə (Tam Kart vasitəsilə) əsasən kart kredit limiti üzrə 67.10 manat əsas borc və 2.32 manat faiz borcu olmaqla cəmi 69.42 manat borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək mülki işin baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə baxışında Cavabdeh izahat verərək bildirdi ki, mərhum əri X3 "xxxx" ASC-nə borcu olmasın bilmiş, lakin yenidən kredit götürməsindən məlumatı olmamışdır. Ərindən bir ev qalmış həmin evdə atasının adına olub. Mərhum əri X4 vəfat etdikdən sonra ona çatan miras payından 2597.10 manat pulu almış, 207.43 manat pulu isə ala bilməmiş, bununla bağlı müraciət etmiş, lakin qalan məbləği ala bilməmişdir. Qızı ailəsindən boşandıqdan sonra azyaşlı uşağa o baxır. O, imkanı çatacaq qədər məbləğ tutulsun ki, sonra banka ödəniş edə bilsin. Bundan başqa o, "xxxx" ASC-dən kredit götürmüş, hər ay orada ödənişlər edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli BPM**********23 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X4 arasında illik 27.9 faiz olmaqla 48 ay müddətinə 11600 manat məbləğində nağd kredit verilmişdir. xx.xx.2023-cü il tarixli BPM**********23 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X4 arasında (Tam Kart vasitəsilə) 35 ay müddətinə illik 24 faiz olmaqla 400 manat məbləğində kart kredit limiti verilmişdir. xx.xx.2023-cü il tarixli BPM**********23 nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, X3 xx.xx.2025-ci il tarixə "xxxx" ASC-nə 10.028,67 manat məbləğində cərimə borcu vardır. xx.xx.2023-cü il tarixli BPM**********23 nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, X3 xx.xx.2025-ci il tarixə "xxxx" ASC-nə 69.42 manat məbləğində cərimə borcu vardır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Qanuni vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli, reyestrdə 2V-186 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 vərəsələri: Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yaşayan Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-16-8/2-8085/2025 nömrəli arayışına əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinat – 207.43 (iki yüz yeddi manat qırx üç qəpik) manat, orta əmək haqqının üç misli miqdarında müavinat 2597.10 (iki min beş yüz doxsan yeddi manat on qəpik) manat və son haqq hesab 328.83 (üç yüz iyirmi səkkiz manat səksən üç qəpik) manat puldan ibarətdir. Bildirişdən görünür ki, mərhum X3 adına olan kredit müqaviləsi üzrə öhdəliyin vaxtında icra edilməsi barədə vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC tərəfindən xəbərdar olunmuşdur. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 120 manat 29 qəpik məbləğində pul iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir (********** saylı qəbz). Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində Öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) baş verdikdə borverən borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. 1306.5-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Göründüyü kimi iddiaçı "xxxx" ASC ilə X4 arasında xx.xx.2023-cü il tarixli BPM**********23 nömrəli kredit müqaviləsinə əsasən illik 27.9 faiz olmaqla 48 ay müddətinə 11600 manat məbləğində nağd kredit verilmişdir. xx.xx.2023-cü il tarixli BPM**********23 nömrəli kredit müqaviləsinə əsasən (Tam Kart vasitəsilə) 35 ay müddətinə illik 24 faiz olmaqla 400 manat məbləğində kart kredit limiti verilmişdir. X3 bank qarşısında üzərinə götürdüyü öhdəlik vərəsəsi tərəfindən yerinə yetirilməmiş, kredit borcu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarılmamışdır. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, X3 vəfatından sonra Cavabdeh X2 qalan əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinat, orta əmək haqqının üç misli miqdarında müavinat və son haqq hesab pulunu qəbul etmiş miras əmlaka münasibətdə məsuliyyət daşıyır. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC ilə X4 arasında etibarlı kredit müqavilələrinin bağlanmasına baxmayaraq, kredit müqavilələri üzrə öhdəlik vaxtında yerinə yetirilmədiyindən, X1nun vəfat etməsindən sonra miras əmlakı qəbul etmiş vərəsəsi borclu qismində payına mütənasib surətdə miras qoyanın borclarını ödəməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli BPM**********23 nömrəli kredit müqavilələrinə əsasən 3133 manat 36 qəpik məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin bir qismi 3133 manat 36 qəpik hissədə təmin edildiyindən dövlət rüsumu da ödənilmiş tələbin məbləğinə mütənasib olaraq 37.32 (otuz yeddi manat otuz iki qəpik) məbləğində dövlət rüsumu, 0.40 (qırx) qəpik xidmət haqqı Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli BPM**********23 nömrəli kredit müqavilələrinə əsasən 3133.36 (üç min yüz otuz üç manat otuz altı qəpik) məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdeh 37.32 (otuz yeddi manat otuz iki qəpik) məbləğində dövlət rüsumu və 0.40 (qırx) manat məbləğində xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar