Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-2607/2021 14.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ümumilikdə 1088.87 manat kredit borcunun və ödənilmiş 30.88 manat dövlət rüsumunun İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, E-Məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh 15.11.2020-ci il tarixdə vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının bir il əvvəl vəfat etmiş şəxsə qarşı məhkəmədə iddia qaldırması tam anlaşılmazdır. Ona görə ki, vəfat etmiş şəxsə məhkəmə bildirişi, iddia ərizəsinin surətini göndərmək və ondan iddiaya qarşı çəkişmə prinsipinə əməl etməklə etirazını bildirməsi barədə hüquq və vəzifələrini izah etmək mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanlarını göstərməlidir. İddiaçı iddia ərizəsində Cavabdeh Göyçay rayonunun Ulaşlı-Şıxlı kəndində yaşadığını qeyd etmiş, lakin Cavabdeh 2020-ci ilin noyabr ayında vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 150, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: İddiaçı MMC-nin vəfat etmiş Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı MMC-yə Cavabdeh hüquqi varisi müəyyən edildikdən sonra məhkəməyə müraciət edə biləcəyi hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-2607/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-2607/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver