Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-2645/2024 24.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X6 Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəyə baxaraq, müəyyən etdi: İddiaçı BOKT "xxxx" MMC-i ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 müştərək qaydada 399 manat 23 qəpik əsas borc, 1 manat 90 qəpik faiz borcu, ümumilikdə 401 manat 13 qəpik məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini tələb etmişdir. Aşağıdakı əsaslara görə iddiaçı BOKT "xxxx" MMC-nin ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “AZEMİS” X5 şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, cavabdeh X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Göründüyü kimi iddia tələbi həmçinin ölmüş şəxs (prosessual hüquq qabiliyyəti xətm edilmiş) cavabdeh X2 qarşı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə),cavabdehin soyadı,adı,atasının adı, yaşayış yeri (həm faktiki,həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri,elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə,yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır.Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, BOKT "xxxx" MMC (prosessual hüquq qabiliyyəti xətm edilmiş) vəfat etmiş şəxs cavabdeh X2 qarşı ərizə verdiyindən, ərizə və ona əlavə edilmiş sənədlər birlikdə geri qaytarılmalı, iddiaçıya izah olunmalıdır ki, əgər mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə, ölmüş şəxsin hüquqi varisini müəyyən edərək ona qarşı iddia qaldırmaq hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, əgər mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə, ölmüş şəxsin hüquqi varisinə qarşı iddia qaldırmaq hüququna malikdir Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-2645/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-2645/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver