Məhkəmə qərarları › İş №e-2(046)-2768/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-2768/2025

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2768/2025 12.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı FİNCA Azerbaijan MMM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: FİNCA Azerbaijan MMM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1744.51 manat kredit borcunun və 37.45 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı FİNCA Azerbaijan MMM QBKT-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı FİNCA Azerbaijan MMM QBKT iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, Cavabdeh2 ilə FİNCA Azerbaijan MMM QBKT arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 01 faiz dərəcəsi tətbiq edilməklə 60 ay müddətinə 2531.05 kredit verilmişdir. Cavabdeh2 verilmiş kreditin təminatı kimi Cavabdeh1 ilə FİNCA Azerbaijan MMM QBKT arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh2 banka cəmi 1744.51 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 37.45 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehi dinləyən və təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı FİNCA Azerbaijan MMM QBKT ilə Cavabdeh2 arasında illik 01 faiz dərəcəsi tətbiq etməklə 60 ay müddətinə 2531.05 kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 ilə FİNCA Azerbaijan MMM QBKT arasında zaminlik müqaviləsi bağlanmış, zaminlər kredit alan Cavabdeh2nın borc məbləğinə görə FİNCA Azerbaijan MMM QBKT qarşısında öhdəlik götürmüşdür. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh2 ilə FİNCA Azerbaijan MMM QBKT arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh2 illik borcunun 01 faiz dərəcəsini tətbiq etməklə 60 ay müddətinə 2531.05 məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmış və zamin kredit alan Cavabdeh2 zamin durmuşdur. Cavabdeh2 müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə Cavabdeh2nın banka borcu yaranmışdır Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ı ilə FİNCA Azerbaijan MMM QBKT arasında bağlanmış zaminlik müqaviləsi xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə yəni bir ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qanunun mənasından görünür ki, Cavabdeh1 ilə FİNCA Azerbaijan MMM QBKT arasında bağlanmış zaminlik müqaviləsinin icraatına xitam verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı FİNCA Azerbaijan MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinə xitam verildiyindən iddia tələbi Cavabdeh1 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 37.45 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 37.45 manat dövlət rüsumu Cavabdeh2 alınaraq iddiaçı BOKT "xxxx" MMC-nin hesabına keçirilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, FİNCA Azerbaijan MMM QBKT-nin iddiası qismən təmin edilməli, Cavabdeh2 1744.51 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 37.45 manat dövlət rüsumu tutularaq FİNCA Azerbaijan MMM QBKTyə qaytarılmalı, iddia Cavabdeh1 qarşı qaldırılan hissədə rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 1744.51 manat kredit borcu və ödənilmiş 37.45 manat dövlət rüsumu tutularaq iddiaçı FİNCA Azerbaijan MMM QBKT -nin hesabına keçirilsin. İddia tələbi cavabdehlər Cavabdeh1 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamənin icrası Cavabdeh2nın yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar