Məhkəmə qərarları › İş №e-2(046)-2825/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-2825/2025

29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2825/2025 29.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1, İddiaçı QBKT MM-nin Cavabdeh qarşı kiçik iddia üzrə borcun tutulması tələbinə dair mülki işə Göyçay Rayon Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı QBKT MM ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********1241 saylı, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 432 manat 68 qəpik həmçinin eyni tarixli, **********1231 saylı Güzəştli kredit (Restrukturizasiya) müqaviləsi ilə bu müqavilə imzalanan tarixə 186 manat 79 qəpik, qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 37 qəpik, dörd il müddətində isə hər ay 9 manat 20 qəpik olmaqla və **********1231 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 16 qəpik, dörd il müddətində isə hər ay 3 manat 97 qəpik bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. İddiaçı QBKT MMM-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh **********1241 saylı kredit müqaviləsi üzrə 374 manat 44 qəpik əsas borc, 06 manat 62 qəpik faiz borcu olmaqla, cəmi 381 manat 06 qəpik və **********1231 saylı kredit müqaviləsi üzrə 162 manat 73 qəpik əsas borc, 02 manat 85 qəpik faiz borcu olmaqla, cəmi 165 manat 58 qəpik və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh müqavilə üzrə şərtləri pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin və kredit faizin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmiş, işə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən xx.xx.2026-cı il tarixdə bildiriş Cavabdeh çatdırılmışdır. Lakin cavabdehin bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən iddiaçının təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, **********1241 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QBKT MM ilə Cavabdeh arasında 05 il müddətinə, illik 1% dərəcəsi olmaqla 432 manat 68 qəpik məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, **********1231 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QBKT MM ilə Cavabdeh arasında 05 il müddətinə, illik 1% dərəcəsi olmaqla 186 manat 79 qəpik məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli Restrukturizasiya müqaviləsindən görünür ki, ləğv prosesində olan bank tərəfindən tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 432 manat 68 qəpik məbləği 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə **********1241 saylı kredit müqaviləsi üzrə 374 manat 44 qəpik əsas borc, 06 manat 62 qəpik faiz borcu olmaqla, cəmi 381 manat 06 qəpik və **********1231 saylı kredit müqaviləsi üzrə 162 manat 73 qəpik əsas borc, 02 manat 85 qəpik faiz borcu olmaqla, cəmi 165 manat 58 qəpik məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı QBKT MM-i ilə Cavabdeh arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən Cavabdeh kredit müqaviləsi ilə aldıqlarını İddiaçı QBKT MM-nə qaytarmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2019cu il tarixli **********1241 saylı kredit müqaviləsi üzrə 374 manat 44 qəpik əsas borc, 06 manat 62 qəpik faiz borcu olmaqla, cəmi 381 manat 06 qəpik və xx.xx.2019-cu il tarixli **********1231 saylı kredit müqaviləsi üzrə 162 manat 73 qəpik əsas borc,02 manat 85 qəpik faiz borcu olmaqla, cəmi 165 manat 58 qəpik əsas borc alınaraq İddiaçı QBKT MM-nə verilməli, bununla da iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli **********1241 saylı kredit müqaviləsi üzrə 374 manat 44 qəpik əsas borc, 06 manat 62 qəpik faiz borcu olmaqla, cəmi 381 manat 06 qəpik və xx.xx.2019-cu il tarixli **********1231 saylı kredit müqaviləsi üzrə 162 manat 73 qəpik əsas borc, 02 manat 85 qəpik faiz borcu olmaqla, cəmi 165 manat 58 qəpik məbləğində əsas borc alınıb İddiaçı QBKT MM-nə verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı QBKT MM-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar