Məhkəmə qərarları › İş №e-2(046)-33/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-33/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-33/2024 01.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmentinə yönəldimləsi tələbinə dair mülki işin materiallarına baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə mrüaciət edərək 3250 ABŞ dolları əsas kredit borcu, 1950 ABŞ dolları faiz borcu, 1949.60 ABŞ dolları cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 469.35 ABŞ dolları faiz borcu olmaqla cəmi 7618.95 ABŞ dolları kredit borcunun, 129 manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödədiyimiz 40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmeti olan Cavabdeh2 xüsusi mülkiyyətində Göyçay şəhəri, Həbibi küçəsində 0.034 ha torpaq sahəsində yerləşən 100.2 kv.m ümumi sahəsindən ibarət 8 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun həmin fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutma fərdi yaşayış evinə yönəldikdə və satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi; 3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) tələbi belə əsaslandırmışdır ki, "xxxx" ASC-nin (Ləğv prosesindədir) ilə Cavabdeh2 Vidadi oğlu arasında bağlanmış 19 fevral 2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 Vidadi oğluna 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 3250 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinin təminatı olaraq Cavabdeh2 məxsus Göyçay şəhəri, Həbibi küçəsində 0.034 ha torpaq sahəsində yerləşən 100.2 kv.m ümumi sahəsindən ibarət 8 saylı fərdi yaşayış evi (DƏDRX Ərazi İdarəsi tərəfindən 11 may 2016-ci il tarixdə Seriya RX № ******* saylı, reyestr nömrəsi **********25-10301, qeydiyyat nömrəsi **********) 19 may 2016-cı il tarixli ipoteka müqaviləsi ilə Bank qarşısında yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Həmçinin cavabdehə kredit verilərkən Cavabdeh4 və Cavabdeh1 ilə Bank arasında 19 fevral 2016cı il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər.Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər.Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İş üzrə cavabdehlərə məhkəmə baxışınin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin onlar məhkəmə baxışında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin (Ləğv prosesindədir) ilə Cavabdeh2 Vidadi oğlu arasında 36 ay müddətinə illik 20% olmaqla 3250 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, "xxxx" ASC-nin (Ləğv prosesindədir) ilə Cavabdeh2 Vidadi oğlu arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 Vidadi oğlu ilə ipoteka müqaviləsi bağlanmış, Cavabdeh2 Vidadi oğlu mülkiyyətində olan Göyçay şəhəri, Həbibi küçəsində 0.034 ha torpaq sahəsində yerləşən 100.2 kv.m ümumi sahəsindən ibarət 8 saylı fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC-nin (Ləğv prosesindədir) ilə Cavabdeh4 və Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmışdır. Təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Göyçay şəhəri, Həbibi küçəsində 0.034 ha torpaq sahəsində yerləşən 100.2 kv.m ümumi sahəsindən ibarət 8 saylı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, "xxxx" ASC-nin (Ləğv prosesindədir) ilə Cavabdeh2 Vidadi oğlu arasında bağlanmış 19 fevral 2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 Vidadi oğluna 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 3250 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin təminatı kimi cavabdehlər Cavabdeh4 oğlu və Cavabdeh1 ilə bank arasında zaminlik müqaviləsi bağlamış, cavabdehlər Cavabdeh4 oğlu və Cavabdeh1 Cavabdeh2 Vidadi oğlunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşdur. Bundan başqa kredit müqaviləsinin təminatı kimi yaşayış sahəsinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh2 Vidadi oğlu arasında xx.xx.2016-cı il tarixli ipotekanın əlavə qeydiyyatı haqqında razılaşma bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-ci il tarixli RX seriyalı ******* saylı çıxarış verilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə borcu ödəmədiklərindən "xxxx" ASC-nin (Ləğv prosesindədir) həmin borcun ipoteka ilə yüklü edilmiş mərhum Cavabdeh2 Vidadi oğlunın mülkiyyətində olan s Göyçay şəhəri, Həbibi küçəsində 0.034 ha torpaq sahəsində yerləşən 100.2 kv.m ümumi sahəsindən ibarət 8 saylı fərdi yaşayış evinə yönəldilməsini, həmin evin açıq hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və həmin evin boşaldılmasını tələb etməkdə haqlıdır. Məhkəmə əmtəəşunaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh2 Vidadi oğlunın mülkiyyətində olan Göyçay şəhəri, Həbibi küçəsində 0.034 ha torpaq sahəsində yerləşən 100.2 kv.m ümumi sahəsindən ibarət 8 saylı fərdi yaşayış evinin bazar dəyəri 55600 manat, likvid dəyəri isə 55.000 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdehlərdən kedit müqaviləsi üzrə 1949.60 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 149.60 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqada ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvüləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh2 mülkiyyətində olan Göyçay şəhəri, Həbibi küçəsində 0.034 ha torpaq sahəsində yerləşən 100.2 kv.m ümumi sahəsindən ibarət 8 saylı fərdi yaşayış evin açıq hərracda satıldıqdan 1 ay sonra cavabdehlərin Cavabdeh2 Məhəmməd oğlunun, Cavabdeh5 və Cavabdeh3 həmin evdən çıxarılması tələbi təmin edilməməlidir. Çünki cavabdehlərin fərdi yaşayış evindən çıxarılmasını tələb etməkdə iddiaçının subyektiv hüququ olmamışdır. Belə hüquq daşınmaz əmlakı hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə banka məxsus olacaqdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməməlidir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 129 manat məbləğində dövlət rüsumu və bildirişlərin qeydə alınması üçün 40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 129 manat dövlət rüsumunun 118.92 manatı və bildirişlərin qeydə alınması üçün 40 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 3250 ABŞ dolları əsas kredit borcu, 1950 ABŞ dolları faiz borcu, 149.60 ABŞ dolları cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 469.35 ABŞ dolları faiz borcu olmaqla cəmi 5818.95 ABŞ dollarının Azərbaycan manatı ilə məzənnəsi, 118.92 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş mərhum Cavabdeh2 Vidadi oğluna məxsus Göyçay şəhəri, Həbibi küçəsində 0.034 ha torpaq sahəsində yerləşən 100.2 kv.m ümumi sahəsindən ibarət 8 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 50.000 manat məbləğində müəyyən edilməli, ev açıq hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, ev açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin ev boşaldılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 3250 ABŞ dolları əsas kredit borcu, 1950 ABŞ dolları faiz borcu, 149.60 ABŞ dolları cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 469.35 ABŞ dolları faiz borcu olmaqla cəmi 5818.95 ABŞ dollarının Azərbaycan manatı ilə məzənnəsi, 118.92 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə verilsin. Tutma ipoteka ilə yüklü edilmiş tutma ipoteka ilə yüklü edilmiş mərhum Cavabdeh2 Vidadi oğluna məxsus Göyçay şəhəri, Həbibi küçəsində 0.034 ha torpaq sahəsində yerləşən 100.2 kv.m ümumi sahəsindən ibarət 8 saylı fərdi yaşayış evinə yönəldilsin, ev açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən cavabdehin banka olan kredit borcu ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 50.000 manat məbləğində müəyyən edilsin və ev açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar