Məhkəmə qərarları › İş №e-2(046)-34/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-34/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-34/2024 21.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh4 iştirakı ilə, "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmentinə yönəldimləsi tələbinə dair mülki işin materiallarına baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə mrüaciət edərək 4530.57 manat əsas kredit borcunun, 2574.69 manat faiz borcunun, 1395.35 manat cərimə borcunun, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 134.19 manat faiz borcunun, 106.35 manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun Cavabdeh4 tutulması və tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən, 2 mərtəbəli binanın, 1-ci mərtəbəsində 3 otaqlı, 44.9 kv.m yaşayış, 18.9 kv.m köməkçi, 63.8 kv.m ümumi sahədən ibarət 7 nömrəli mənzilə yönəldilməsi, əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh4 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra mənzildə yaşayan cavabdehlər - Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 qızının, Cavabdeh1 və Cavabdeh5 ipoteka predmetindən əşyaları ilə birlikdə 1 (bir) ay müddətinə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı LPO AtaBank ASC nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı LPO AtaBank ASC tələbi belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Göyçay Filialı ilə Cavabdeh4 arasında bağlanmış 08 avqust 2018ci il tarixli GY-2192 saylı kredit müqaviləsinə əsasən Cavabdeh4 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən Cavabdeh4 («İpoteka qoyan»a) xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanda yerləşən, 2 mərtəbəli binanın, 1-ci mərtəbəsində 3 otaqlı, 44.9 kv.m yaşayış, 18.9 kv.m köməkçi, 63.8 kv.m ümumi sahədən ibarət 7 nömrəli mənzil ipotekaya qoyulmuşdur. Yaşayış sahəsinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh4 arasında 14 avqust 2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Cavabdeh4 iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçıya olan kredit borcunu ödəyəcəkdir. İş üzrə digər cavabdehlərə məhkəmə baxışınin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin onlar məhkəmə baxışında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, AtaBank ASC ilə Cavabdeh4 arasında 36 ay müddətinə illik 22% olmaqla 5000 manat məbləğində kredit verilməsi ilə bağlı kredit müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, AtaBank ASC ilə Cavabdeh4 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh4 ilə ipoteka müqaviləsi bağlanmış, Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, 2 mərtəbəli binanın, 1-ci mərtəbəsində 3 otaqlı, 44.9 kv.m yaşayış, 18.9 kv.m köməkçi, 63.8 kv.m ümumi sahədən ibarət 7 nömrəli mənzilini ipoteka ilə yüklü etmişdir. Təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən, 2 mərtəbəli binanın, 1-ci mərtəbəsində 3 otaqlı, 44.9 kv.m yaşayış, 18.9 kv.m köməkçi, 63.8 kv.m ümumi sahədən ibarət 7 nömrəli mənzili mülkiyyət hüququ üzrə AtaBank ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Təqdim edilmiş bildirişdən görünür ki, tutmanin ipoteka predmetinə yönəldilməsi barədə ərizə Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə mərhum Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli GY-2192 saylı kredit müqaviləsinə əsasən Cavabdeh4 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi yaşayış sahəsinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh4 arasında xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, Rəşad Maarif oğlu xüsusi mülkiyyətində olanünvan 1 ünvanda yerləşən, 2 mərtəbəli binanın, 1-ci mərtəbəsində 3 otaqlı, 44.9 kv.m yaşayış, 18.9 kv.m köməkçi, 63.8 kv.m ümumi sahədən ibarət 7 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh4 kredit müqaviləsi üzrə borcu ödəmədiyindən LPO AtaBank ASC həmin borcun ipoteka ilə yüklü edilmiş Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, 2 mərtəbəli binanın, 1-ci mərtəbəsində 3 otaqlı, 44.9 kv.m yaşayış, 18.9 kv.m köməkçi, 63.8 kv.m ümumi sahədən ibarət 7 nömrəli mənzilə yönəldilməsini, həmin evin açıq hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və həmin evin boşaldılmasını tələb etməkdə haqlıdır. Eləcə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, 2 mərtəbəli binanın, 1-ci mərtəbəsində 3 otaqlı, 44.9 kv.m yaşayış, 18.9 kv.m köməkçi, 63.8 kv.m ümumi sahədən ibarət 7 nömrəli mənzilnin açıq hərracda satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 həmin mənzildən çıxarılması tələbi təmin edilməməlidir. Çünki cavabdehlərin mənzildən çıxarılmasını tələb etməkdə iddiaçının subyektiv hüququ olmamışdır. Belə hüquq daşınmaz əmlakı hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə banka məxsus olacaqdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə də təmin edilməməlidir. Lazur-A MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, 2 mərtəbəli binanın, 1-ci mərtəbəsində 3 otaqlı, 44.9 kv.m yaşayış, 18.9 kv.m köməkçi, 63.8 kv.m ümumi sahədən ibarət 7 nömrəli mənzilin bazar dəyəri 50.000 manat, likvid dəyəri isə 40.000 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/9609 saylı ekspert rəyindən görünür ki, Cavabdeh4 kredit müqaviləsi üzrə əsas borcu 4552.84, faiz borcu 2568.06 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia təmin edilərkən əsas kredit borcu iddia ərizəsində göstərilən həddə, faiz borcu isə ekspert rəyində göstərilən həddə təmin edilməlidir. Ekspertiza xərci 145 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı LPO "xxxx" ASC-nin cavabdehdən kedit müqaviləsi üzrə 1395.35 cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 395.35 məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqada ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvüləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 106.35 manat məbləğində dövlət rüsumu və bildirişlərin qeydə alınması üçün 45 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 106.35 manat dövlət rüsumunun 96.28 manatı və bildirişlərin qeydə alınması üçün 45 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh4 4530.57 manat əsas kredit borcu, 2568.06 manat faiz borcu, 395.35 manat cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 134.19 manat faiz borcu olmaqla cəmi 7628.17 manat borc, 96.28 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu tutularaq iddiaçı LPO AtaBank ASC-nin xeyrinə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh4 məxsus ünvan 1 ünvanda yerləşən, 2 mərtəbəli binanın, 1-ci mərtəbəsində 3 otaqlı, 44.9 kv.m yaşayış, 18.9 kv.m köməkçi, 63.8 kv.m ümumi sahədən ibarət 7 nömrəli mənzilə yönəldilməli, evin ilkin satış qiyməti 40.000 manat məbləğində müəyyən edilməli, ev açıq hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, ev açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin ev boşaldılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh4 4530.57 manat əsas kredit borcu, 2568.06 manat faiz borcu, 395.35 manat cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 134.19 manat faiz borcu olmaqla cəmi 7628.17 manat borc, 96.28 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu tutularaq AtaBank ASC-nin xeyrinə verilsin. Tutma ipoteka ilə yüklü edilmiş tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh4 məxsus ünvan 1 ünvanda yerləşən, 2 mərtəbəli binanın, 1-ci mərtəbəsində 3 otaqlı, 44.9 kv.m yaşayış, 18.9 kv.m köməkçi, 63.8 kv.m ümumi sahədən ibarət 7 nömrəli mənzilə yönəldilsin, ev açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən cavabdehin banka olan kredit borcu ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 40.000 manat məbləğində müəyyən edilsin və ev açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. İddia cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar